Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər

AzVak-mobil_resmin_ustu_31
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi -  8 faizlik vergi rejimini də seçə biləcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədaxili yükdaşıma ilə məşğul olan şəxslər üçün 8 faiz sadələşdirilmiş vergi rejimi təklif edilir. Bu yenilik yükdaşıyan sahibkarlara hansı üstünlüklər verəcək? 

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev:

Reklam_3_11

"Bildiyiniz kimi, 2024-cü ildən başlayaraq ölkədaxili yükdaşıma sektorunda vergi rejimi tənzimlənir. Belə ki, bu sahədə fəaliyyət göstərən şəxslər artıq sabit tədiyyə formasından fərqli olaraq, vergitutmanı gəlir və xərclərin fərqi əsasında gəlir və ya mənfəət vergisi, yaxud seçimlərindən asılı olaraq dövriyyədən sadələşdirilmiş vergi hesablanması metodu ilə həyata keçirə bilirlər.

Artıq növbəti ildən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün alternativ vergi rejiminin tətbiqi təklif olunur. Onlar ənənəvi vergitutma metodları ilə yanaşı, yəni gəlir və mənfəət vergisi və ya sadələşdirilmiş vergi rejimindən əlavə, dövriyyələri 200.000 manatdan yuxarı olduğu halda, fərdi daşıyıcılar və müəssisələr üçün dövriyyədən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimini də seçə biləcəklər.

Bu rejimin tətbiqi nəticəsində sahibkarlar dövriyyədən 8 faiz dərəcə ilə vergi ödəməklə ƏDV və mənfəət vergisi yükü daşımayacaqlar. Başqa sözlə, qanunvericilikdə onlara alternativ vergitutma rejimi təqdim edilir və sahibkarlar öz seçimlərinə, eləcə də maliyyə-iqtisadi hesablamalarına uyğun olaraq mövcud rejimlərdən birini seçə biləcəklər".

Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsinə daxildir.

11.11.2026 16:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19