970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Xankəndi” şərabının tıxacında niyə “erməni şərabı” yazılıb? - Şirkət rəhbərindən açıqlama

"Ermənilərdən qalıb". 340 min butulka şərab Xocalıdakı zavodda qalıbmış – “Gold Alko” açıqladı
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xankəndi” şərabının tıxacında niyə “erməni şərabı” yazılıb? - Şirkət rəhbərindən açıqlama
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib.

Məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov açıqlama verib.

O bildirib ki, sözügedən şərablar Xocalı şəhərindəki keçmiş "Girs" şərab zavodunun istehsalıdır:

"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib".

M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.

Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.

M.Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı Xindoqnı üzüm sortunun adıdır. O, şirkətin Qaradağ rayonunda şərab zavodunun fəaliyyət göstərdiyini, məhsulların satışa çıxarılması prosesinin qanuni əsaslarla həyata keçirildiyini vurğulayıb.

Şirkətin Oxu.Az-a təqdim etdiyi yazılı açıqlamada da "Xankəndi Xindoqnı", "Xankəndi Bayanşirə", "Xankəndi Şiraz" və "Xankəndi Rozə" markalı şərabların keçmiş "Girs" şərab zavodunun istehsalı olduğu bildirilib:

"Məhsullar Azərbaycan Respublikasının səlahiyyətli qurumları tərəfindən müvafiq müqavilələrlə şirkətə təqdim edilib. Bu barədə məlumatlar şərabların arxa etiketlərində də əks olunub. Məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumu və laboratoriyası tərəfindən yoxlanılıb, tələb olunan norma və standartlara uyğun olduğu müəyyənləşdirildikdən sonra satışa çıxarılıb".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Oxu.Az

Xankəndi şərabı Xankəndi Xindoqnı Armenian Wine erməni şərabı yazısı Gold Alko MMC Mirdamət Mahmudov Girs şərab zavodu Xocalı şərab zavodu 340 min butulka şərab Xankəndi Bayanşirə Xankəndi Şiraz Xankəndi Rozə AQTA Qarabağ şərablar
11.11.2026 14:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19