970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mikrosahibkar böyüdükdə əvvəl ödədiyi vergilər yeni öhdəliyindən çıxıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mikrosahibkar böyüdükdə əvvəl ödədiyi vergilər yeni öhdəliyindən çıxıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mikrosahibkarların fəaliyyətini genişləndirərək daha böyük sahibkarlıq kateqoriyasına keçməsini təşviq etmək üçün yeni güzəştlər nəzərdə tutulur. Bu mexanizm necə işləyəcək? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev

"Növbəti il üçün Vergi Məcəlləsində dəyişikliklər layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Hər il olduğu kimi, bu il də təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir. Bu baxımdan, əsas yeniliklərdən biri mikrosahibkarlıq subyektlərinin böyüməsinin təşviq edilməsidir.

Bildiyiniz kimi, mikrosahibkarlıq subyektləri dövriyyəsi 200.000 manatadək, işçilərinin sayı isə 10 nəfərədək olan sahibkarlıq subyektləridir. Hazırda qanunvericilikdə bu kateqoriyaya aid sahibkarlar üçün müəyyən vergi güzəştləri nəzərdə tutulub. Lakin mikrosahibkarlıq subyektləri digər sahibkarlıq kateqoriyasına keçdikdə, yəni dövriyyələri artdıqda və ya işçilərinin sayına görə kiçik və ya orta sahibkarlıq subyekti meyarlarına uyğun gəldikdə, həmin güzəştlərdən yararlana bilmirlər. Eyni zamanda, kateqoriyanın dəyişməsi nəticəsində onların vergi yükü də artır.

 

Məhz bu yükün tənzimlənməsi və mikrosahibkarların böyüməsinin təşviq olunması məqsədilə növbəti ildən yeni mexanizmin tətbiqi təklif edilir. Qanunvericilikdə qəbul olunacağı təqdirdə, mikrosahibkarlıq subyekti olduğu əvvəlki dövrlərdə hesablanmış və ödənilmiş vergi məbləğləri sahibkar digər kateqoriyaya keçdikdən sonra yaranan vergi öhdəliklərindən 100 faiz həcmində çıxılacaq. Nəticədə mikrosahibkarlıq subyektlərinin böyüməsi və daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı yaranan vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılmış olacaq".

mikrosahibkarlıq vergi güzəşti sahibkarlıq kateqoriyası Vergi Məcəlləsi Əvəz Quliyev
11.11.2026 15:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19