970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı ®

Dünyaca məşhur restoran şəbəkəsi Sumqayıtda: Burger King Bakıdan kənara çıxıb – İlk restoranını Sumqayıtda açıb. Burger King Azərbaycanda 9-cu restoranını istifadəyə verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Burger King Azərbaycandakı şəbəkəsini genişləndirməyə davam edərək ölkədəki 9-cu, paytaxtdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verdi. Bu hadisə brendin regionlardakı inkişafında mühüm addım oldu.

Yeni restoran Sumqayıt şəhəri, Bakı küçəsi 34, "Bakı Plaza" ünvanında yerləşir. Müasir dizayn, rahat interyer, özünəxidmət köşkləri və zəngin menyu qonaqlar üçün rahat şərait yaradır. İndi Sumqayıt sakinləri və qonaqları açıq alovda hazırlanan məşhur Whopper və Burger King-in digər sevilən təamlarından zövq ala bilərlər.

Paytaxtdan kənarda ilk restoranın açılışı Burger King-in Azərbaycandakı inkişafının yeni mərhələsinin başlangıcıdır.

Şirkət rəhbərliyindən bildirilib:

"Sumqayıtda ilk restoranın açılması komandamız üçün vacib bir hadisə və Burger King-in Azərbaycandakı inkişafında əhəmiyyətli addımdır. Biz restoranlarımızı yalnız paytaxtda deyil, ölkənin digər şəhərlərində də əlçatan etməyə, yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat atmosfer təqdim etməyə çalışırıq. Sumqayıt sakinlərinin bizi istiqanlılıqla qarşılamasından şadıq və regionlardakı gələcək inkişaf potensialımıza əminik."

Burger King şəbəkəsinin genişlənməsi həm də yeni iş yerlərinin açılmasına, peşəkar təlim və karyera imkanlarının yaradılmasına töhfə verir. Şirkət beynəlxalq restoran xidməti standartlarını daha çox qonaq üçün əlçatan edərək, inkişafını həm Bakıda, həm də Azərbaycandakı digər şəhərlərdə davam etdirməyi planlaşdırır.

Burger King haqqında

Burger King-in tarixi 1954-cü ildə ABŞ-ın Mayami şəhərində başlayıb. Bu gün brend bütün dünyada ilk növbədə küftələrin açıq alovda hazırlanması üzrə unikal texnologiyası ilə tanınır.

Burger King-in əsas üstünlüyü — xüsusi qrildə, açıq alovda bişirilən 100% mal ətindən hazırlanmış küftələrdən istifadə olunmasıdır. Məhz bu bişirmə üsulu məşhur Whopper və brendin digər burgerlərinə xüsusi dad və ətir verir. Yüksək keyfiyyət standartları, zəngin menyu və inqrediyentləri fərdi şəkildə seçmək imkanı Burger King-i dünyanın ən tanınan restoran brendlərindən birinə çevirib.

Burger King Burger King Azərbaycan Burger King Sumqayıt Burger King yeni restoran Burger King Bakı Plaza Sumqayıtda yeni restoran Burger King 9-cu restoran Burger King restoran şəbəkəsi Azərbaycanda beynəlxalq brendlər restoran biznesi Whopper
11.11.2026 13:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19