970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank: Yeni kart komissiyaları vətəndaşlara birbaşa tətbiq edilməyəcək

AzVak-mobil_resmin_ustu_31
Mərkəzi Bank: Yeni kart komissiyaları vətəndaşlara birbaşa tətbiq edilməyəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankı Banklararası Kart Mərkəzi (BKM) üzrə təsdiqlənmiş tariflərlə bağlı açıqlama yayıb. Bildirilib ki, yeni komissiyalar vətəndaşlardan deyil, sistemin iştirakçısı olan banklardan və ödəniş təşkilatlarından tutulacaq.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın açıqlamasına əsasən, Banklararası Kart Mərkəzi üzrə təsdiq edilmiş tariflər yalnız BKM infrastrukturuna daxil olan iştirakçı institutlara tətbiq edilir.

Reklam_3_11

Belə ki, müəyyən edilmiş komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə banklardan və ödəniş təşkilatlarından tutulacaq.

Mərkəzi Bank xüsusi olaraq vurğulayıb ki, bu komissiyalar son istifadəçilərə, yəni vətəndaşlara birbaşa şamil olunmur.

Beləliklə, BKM üzrə təsdiqlənmiş tariflər banklararası kart infrastrukturu çərçivəsində iştirakçı maliyyə institutlarının ödəyəcəyi komissiyalardır.

Qeyd edək ki, açıqlamada bankların və ödəniş təşkilatlarının öz müştərilərinə tətbiq etdiyi xidmət haqlarında dəyişiklik olub-olmayacağı barədə məlumat verilməyib.

Xəbər verdiyimiz kimi, Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tariflərə əsasən, əməliyyatın məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək xidmət haqqı tətbiq olunacaq.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə təsdiq edilmiş ödəniş sistemləri üzrə yeni tariflərdə əksini tapıb. 

Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.

Manatla köçürmələr üzrə yeni tariflər

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

- 100 manatadək köçürmələr – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 50 qəpik;

- 10 000,01–40 000 manat – 2 manat;

- 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə köçürmələr üçün də tariflər müəyyən edilib

BKM-də ABŞ dolları və avro ilə emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də məbləğ intervallarına uyğun xidmət haqları təsdiqlənib.

Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03, 1000 vahidədək əməliyyatlarda 0,10, 10 min vahidədək əməliyyatlarda 0,50, 40 min vahidədək əməliyyatlarda 2, daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Xarici valyutada müəyyən edilmiş xidmət haqları Mərkəzi Bankın əməliyyat gününə olan rəsmi məzənnəsinə əsasən manatla hesablanacaq.

Yeni xidmət haqlarını kim ödəyəcək?

Mərkəzi Bankın təsdiq etdiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə Mərkəzi Banka daxil olacaq.

Bu səbəbdən, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiyalar kimi qiymətləndirilməməlidir. Bankların müştərilərə tətbiq etdiyi kartdan karta köçürmə komissiyaları ayrıca tarif siyasətindən asılıdır.

Yeni tariflər nə vaxt qüvvəyə minəcək?

Mərkəzi Bankın məlumatına əsasən, ödəniş sistemləri üzrə yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, yeni tarif siyasəti ödəniş sistemləri üzrə xidmət haqlarının optimallaşdırılması, innovativ ödəniş həllərinin inkişafı və ödəniş xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyır.

14.10.2026 13:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19