970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb

"Expressbank"ın aktivləri, kredit və depozit portfeli, eləcə də gəlirlilik göstəriciləri üzrə artım qeydə alınıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Expressbank" ASC 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

"Expressbank"ın yaydığı press-relizdə bildirilir ki, Hesabat dövründə Bankın xalis mənfəəti 65,09% artaraq 9,9 milyon manata, kredit portfeli 592,4 milyon manata, depozit portfeli isə 372,2 milyon manata çatıb.

Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 8,81% artaraq 725,4 milyon manat təşkil edib. Müştərilərə verilmiş kreditlərin həcmi 7,76% artaraq 592,4 milyon manata yüksəlib. Biznes kreditləri üzrə daha yüksək artım qeydə alınıb: bu portfel 11,92% genişlənərək 223 milyon manata yaxınlaşıb.

"Kredit portfelində qeydə alınan artım Expressbankın müştərilərinin maliyyə ehtiyaclarına çevik yanaşmasının və onların inkişaf təşəbbüslərinə dəstəyinin göstəricisidir",- məlumatda deyilir.

Qeyd edilib ki. depozit portfelində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ümumi depozit portfeli 19,51% artaraq 372,2 milyon manata, fiziki şəxslərin depozitləri isə 27,04% artaraq 330 milyon manata çatıb. Fiziki şəxslərin depozitlərindəki artım müştərilərin Expressbanka göstərdiyi etimadı və Bankın maliyyə xidmətlərinə olan marağı əks etdirən mühüm göstəricilərdən biridir. Bu dinamika Bankın müştəriləri ilə uzunmüddətli münasibətlərinin inkişafı baxımından da əhəmiyyət daşıyır.

Bankın gəlirlilik göstəriciləri də müsbət dinamika nümayiş etdirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 15,75% artaraq 70,2 milyon manata, xalis faiz gəliri isə 10,24% yüksələrək 43,6 milyon manata çatıb. Əməliyyat mənfəəti 21% artaraq 18,5 milyon manat təşkil edib. Nəticədə Bankın xalis mənfəəti 65,09% artımla 9,9 milyon manata yüksəlib.

İnvestisiya və maliyyə əməliyyatları üzrə göstəricilərdə də artım qeydə alınıb. Ticarət və investisiya qiymətli kağızlarının həcmi 49,42% artaraq 59,4 milyon manata çatıb. Banklar və digər maliyyə institutlarına yerləşdirilmiş depozitlərin həcmi 53,60%, həmin institutlara verilmiş kreditlərin həcmi isə 75,70% artıb.

Qeyd olunan nəticələr Expressbankın müştəri etimadının gücləndiyini və maliyyə göstəricilərində müsbət dinamikanı əks etdirir. Bank müştərilərinə etibarlı maliyyə tərəfdaşı kimi dəstək göstərməyə və müştəriyönümlü xidmətlərini inkişaf etdirməyə davam edir.

14.10.2026 11:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19