Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB-nin xalis mənfəətində böyük artım – 9 ayda 352 milyon manatdan çox qazanc

ABB hər ay orta hesabla 39 milyon manat xalis mənfəət əldə edib
AzVak-mobil_resmin_ustu_31
ABB-nin xalis mənfəətində böyük artım – 9 ayda 352 milyon manatdan çox qazanc
iç səhifə xəbər şəkil altı (mobil)_32

Mənfəətini 35% və ya 91 milyon manatdan çox artırıb `

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) 352 milyon 377 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 55 min manat və ya 34,8% çoxdur.

Aktivləri 16 milyard manatı keçib

Marja.az Bankın 30 sentyabr 2026-cı il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir ki, ABB-nin aktivləri ilin əvvəlindən 2 milyard 491 milyon manat və ya 18,3% artaraq 16 milyard 118 milyon manata çatıb.

ABB-nin kredit portfeli 7,85 milyard manata yüksəlib

Hesabat dövrünün sonunda bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 7 milyard 854 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 774,2 milyon manat və ya 10,9% artım deməkdir.

Kredit portfelinin 3 milyard 802 milyon manatı biznes kreditlərinin, 2 milyard 244 milyon manatı istehlak kreditlərinin, 1 milyard 808 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

İlin əvvəlindən istehlak kreditləri 13,1%, biznes kreditləri 7,2%, daşınmaz əmlak kreditləri 16,6% artıb.

ABB-yə depozit axını

ABB-nin depozit portfeli 2025-ci ilin sonundakı 8 milyard 893 milyon manatdan 2026-cı il sentyabrın 30-a 10 milyard 705 milyon manata yüksəlib. Beləliklə, bankın depozit portfeli ilin əvvəlindən 1 milyard 812 milyon manat və ya 20,4% artıb.

Depozitlərin 4 milyard 145 milyon manatı fiziki şəxslərə, 6 milyard 559 milyon manatı hüquqi şəxslərə məxsus olub.

İlin əvvəlindən əhalinin bankdakı depozitləri 21,8%, hüquqi şəxslərin depozitləri 19,5% artıb.

Faiz və komissiya gəlirləri artıb

ABB-nin 2026-cı ilin ilk 9 ayında faiz gəlirləri 937,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,3% çoxdur.

Bankın xidmət haqqı və komissiya gəlirləri isə 29,2% artaraq 256,6 milyon manata çatıb.

Hesabat dövründə ABB-nin vergidən əvvəlki mənfəəti 430,9 milyon manat, mənfəət vergisi xərci 78,5 milyon manat təşkil edib.

ABB-nin kapitalı 2,3 milyard manatı keçib

2026-cı il sentyabrın 30-a bankın balans kapitalı 2 milyard 323 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 118 milyon manat və ya 5,4% çoxdur.

Bankın öhdəlikləri isə ilin əvvəlindən 20,8% artaraq 13 milyard 794,9 milyon manata yüksəlib.

Adekvatlıq əmsalları normaları üstələyir

2026-cı il sentyabrın 30-a ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 15% (sistem əhəmiyyətli banklar üçün norma 6,50), məcmu kapital adekvatlığı əmsalı 15,97% (sistem əhəmiyyətli banklar üçün norma 12,50%) olub.

Maliyyə hesabatının təhlili göstərir ki, bankın mənfəət göstəriciləri ilə yanaşı, kredit və depozit portfelləri də genişlənib.

İnvestisya

ABB Özbəkistanda fəaliyyət göstərən Davr Bank-ın 51%-lik nəzarət səhm paketini rəsmi olaraq əldə edərək bu ölkənin bazarında ABB Davr Bank adı ilə fəaliyyətə başlayıb. ABB Davr Bank Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək.

Azərbaycan Beynəlxalq Bankı ABB mənfəət 2026 ABB maliyyə hesabatı ABB aktivləri ABB kredit portfeli ABB depozitləri ABB kapitalı ABB Davr Bank Özbəkistan bank bazarı Azərbaycanın bank sektoru
13.10.2026 11:40
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19