Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək

SOCAR bir gündə bir sıra strateji razılaşmalara imza atdı – ABŞ-dan Afrikayadək yeni layihələr
iç səhifə xəbər başlığı altı (mobil)_31
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.

Marja xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.

Reklam_3_11

Mərasimdə SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında  “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə edilib. Yatağın tammiqyaslı işlənməsi üzrə görüləcək işlər çərçivəsində əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılması yatağın resurs potensialının  səmərəli işlənməsinə və ümumi hasilat əmsalının qabaqcıl beynəlxalq qaz layihələri ilə oxşar səviyyəyə çatdırılmasına imkan verəcək. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər “Comstock”un iştirak payına aid olan və “Haynesville” şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcəklər. Şirkətlər potensial alıcıların müəyyənləşdirilməsi, qiymət formalaşdırma mexanizmlərinin dəyərləndirilməsi, eləcə də bu cür beynəlxalq satış mexanizmləri ilə bağlı logistika və tənzimləyici məsələlərə diqqət ayıracaqlar.

SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu “Apollo”nun idarə etdiyi fondlar tərəfindən SOCAR-ın “upstream” işlənmə və hasilat layihələrindəki paylarına mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılması, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması məsələlərini nəzərdə tutur.

SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

SOCAR ilə  VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı, eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri nəzərdə tutur. Tərəflər enerji keçidi, habelə hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da əməkdaşlıq edəcəklər.

Azərbaycanda “Oracle Alloy” platformasının tətbiqi ilə bağlı sənədə görə isə “Caspian Mind AI” Azərbaycanda Oracle Alloy operatoru olacaq və bu, şirkətə yerli səviyyədə idarə olunan bulud infrastrukturu vasitəsilə suveren “Oracle” bulud infrastrukturu xidmətləri təqdim etməyə imkan verəcək. “Caspian Mind AI” “Oracle”ın bulud texnologiyalarından və əməliyyat təcrübəsindən yararlanmaqla müştərilərlə münasibətləri, satış proseslərini və müştəri dəstəyinin müəyyən istiqamətlərini idarə edəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Tədbir çərçivəsində SOCAR ilə İtaliyanın Eni S.p.A. şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol da mübadilə edilib. Əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir. Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

Qeyd edək ki, Orta Kür hövzəsi — Kür çayının Gürcüstan sərhədindən Araz çayının qovuşacağınadək olan orta axınını və ətraf düzənlikləri əhatə edən mühüm coğrafi, iqtisadi və tarixi regiondur

İş elanları AzVak.az-da

"Bu gün iki mühüm müqavilə imzalanacaq. Biri böyük potensiala malik olan qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə “Exxon” şirkəti ilə bağlanılacaq müqavilədir. Kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər",-  II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırarkən bildirirb. 

SOCAR ExxonMobil TotalEnergies XRG Comstock Resources Apollo SEFE VNG Eni Caspian Mind AI Oracle Alloy Orta Kür hövzəsi Hasilatın Pay Bölgüsü Sazişi Abşeron qaz-kondensat yatağı Yekun İnvestisiya Qərarı LNG Haynesville upstream təbii qaz hidrogen enerji təhlükəsizliyi enerji infrastrukturu Baleine yatağı Kot-d’İvuar SOCAR Afrika SOCAR ABŞ SOCAR LNG neft-qaz II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu AIIF 2026 beynəlxalq enerji layihələri.
26.09.2026 13:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19