970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır

"Layihənin hələ yalnız 10–15%-i icra olunub". “Sea Breeze” növbəti 7–8 ildə tamamilə dəyişəcək – Emin Ağalarov planları açıqladı. “Sea Breeze” beynəlxalq investorların diqqətində – Layihə ilk 10-luqda göstərilir. “Sea Breeze” beynəlxalq fondların "radarına" düşüb. “Sea Breeze”ə beynəlxalq brendlər gəlir – Təxminən 20 müqavilə artıq imzalanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil ola bilib.

Bunu "Sea Breeze"nin sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.

Onun sözlərinə görə, indiyədək planlaşdırılan işlərin yalnız 10-15 %-i icra olunub:

"Biz ilkin baş plana yenidən qayıtdıq və təbii ki, onu dəfələrlə yenidən nəzərdən keçirdik. Şəhər rəhbərliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çox sıx təmasdayıq və böyük dəstək alırıq. Hətta bu forum çərçivəsində də bir çox beynəlxalq investisiya fondları Azərbaycanda sərmayə yatırmaq üçün müxtəlif sahələri nəzərdən keçirirlər. Zənnimcə, "Sea Breeze" baxılmalı və gələcək vəd edən layihələr arasında ilk 10-luqda yer alır".

E. Ağalarov qeyd edib ki, növbəti 7-8 il ərzində layihələndirilən hər şeyi icra etmək planlaşdırılır:

"Biz "Zaha Hadid", "Chapman Taylor", "CallisonRTKL" və bir çox başqa aparıcı memarlarla çalışırıq. Düşünürük ki, bu, avtomobillər əvəzinə qolf karları ilə hərəkət etdiyiniz, yaşıl enerjidən istifadə olunan, təhlükəsiz, yeni, canlı və müasir bir şəhər ola bilər. Dünyada çox az sayda yeni şəhər salınır. Zənnimcə, dünyanın bəzi hissələrində, məsələn, ABŞ və ya Avropada bugünkü parametrlərlə belə bir layihənin reallaşdırılması qeyri-mümkündür. Lakin Azərbaycan kimi bir ölkədə lazımi baş plan əsasında sıfırdan yeni şəhər tikmək və insanların orada rahat yaşaması və ya turist kimi səyahət etməsi tamamilə mümkündür".

O bildirib ki, brendləri cəlb etdikdən sonra digərlərini cəlb etmək daha asan olur:

"Bu, yalnız tikinti sahəsində deyil, eyni zamanda dəb sənayesində də belədir. Biz bu modeli tikinti sahəsinə tətbiq edirik. Düşünürük ki, Azərbaycan brend olunmuş yaşayış komplekslərinə (branded residences) hazırdır və hesab edirik ki, bu gün istənilən brend bizim layihəyə inteqrasiya oluna bilər. İndiyə qədər müxtəlif adlarda təxminən 20 müqavilə imzalamışıq və bu siyahını genişləndirməyə davam edirik".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Sea Breeze Emin Ağalarov Agalarov Development AIIF 2026 Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Sea Breeze layihəsi investisiya beynəlxalq investorlar investisiya fondları Zaha Hadid Chapman Taylor CallisonRTKL branded residences yaşayış kompleksləri yaşıl enerji qolf karları şəhərsalma yeni şəhər daşınmaz əmlak Azərbaycan investisiyaları Sea Breeze investisiya layihəsi
26.09.2026 13:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19