8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
Azərbaycan 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaratmağı planlaşdırırII Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Enerji infrastrukturu” panelində energetika naziri Pərviz Şahbazov Azərbaycanın qarşıdakı onillik üçün enerji prioritetləri və özəl sektor üçün investisiya imkanları barədə danışıb.
Bildirilib ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, neft-qaz infrastrukturunun inkişafı, bərpa olunan enerjinin genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlancı və regional enerji bağlantılarının yaradılması əsas prioritetlərdir. Azərbaycanın etibarlı neft və qaz təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, yeni neft-qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun modernləşdirilməsi və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
2032-ci ilədək təxminən 8 QVt bərpa olunan enerji gücünün yaradılmasının planlaşdırıldığı, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunub.
Nazir bərpa olunan enerji, Xəzərdə külək enerjisi, enerji saxlancı, elektrik şəbəkələri, rəqəmsallaşma, enerji səmərəliliyi və regional enerji dəhlizlərini özəl sektor üçün perspektivli investisiya istiqamətləri kimi göstərib.
“Özəl sektoru yalnız investisiya mənbəyi deyil, yeni texnologiyalar, innovasiya və beynəlxalq təcrübə gətirən uzunmüddətli tərəfdaş kimi görürük. Məqsədimiz müxtəlif enerji mənbələrini və bazarları birləşdirən müasir enerji infrastrukturu qurmaqdır”, – deyə nazir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
7 d. əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
12 d. əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
27 d. əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
39 d. əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
47 d. əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
48 d. əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
-
49 d. əvvəl
"Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
- 55 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
Sentyabrın 27-də gözlənilən hava şəraiti






























