Azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün 5 illik güzəştlər müəyyənləşir
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün güzəştlər müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, xüsusi rütbəli şəxslər istisna olmaqla, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.
İşğaldan azad edilmiş ərazilərində 5 il müddətində - 1 yanvar 2023-cü ildən 1 yanvar 2028-ci ilədək işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malik olacaqlar:
- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;
- mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda;
Yuxarıda qeyd olunan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılacaq.
Bu mütəxəssislər xüsusi şəraitdə tətbiq edilən əmək haqqı alanlar kateqoriyasına daxil edilir. Başqa sözlə, azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək.
Eyni zamanda, layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti hüququ da müəyyənləşir, onlara əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət veriləcək.
Bu mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 d. əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
17 d. əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 33 d. əvvəl
-
49 d. əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fransa şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Ən çox oxunanlar
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər

























