Fransa şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
Schneider Electric tarixinin ən böyük alışını edir – 22,6 milyard dollarlıq sövdələşmə.Fransanın enerji idarəetməsi və avtomatlaşdırma şirkəti “Schneider Electric” ABŞ-ın proqram təminatı şirkəti PTC-ni təxminən 22,6 milyard dollara almaq barədə razılığa gəlib. Bu, “Schneider Electric”in tarixində ən böyük satınalma əməliyyatıdır.
Marja.az xəbər verir ki, şirkət sövdələşmə ilə sürətlə artan tələbdən faydalanaraq məlumat mərkəzləri istiqamətində fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.
Bununla belə, razılaşmanın həcmi, PTC səhmləri üçün ödənilən yüksək haqq və süni intellektin proqram təminatı sektorunun gələcəyinə təsiri ilə bağlı qeyri-müəyyənlik investorlar arasında narahatlıq yaradıb. Nəticədə “Schneider Electric”in səhmləri Paris birjasında erkən ticarət zamanı təxminən 10% ucuzlaşıb.
Şirkətin səhmləri ilin əvvəlindən ötən cümə gününün bağlanışınadək təxminən 29% bahalaşmışdı. Bazar ertəsi qeydə alınan kəskin ucuzlaşma isə “Schneider Electric”in bazar kapitallaşmasının təxminən 15 milyard avro azalmasına səbəb olub.
ABŞ-ın “Jefferies” investisiya bankı investorlar üçün hazırladığı qeyddə bildirib ki, süni intellektin proqram təminatı sektorunu köklü şəkildə dəyişə biləcəyi ilə bağlı narahatlıqlar şirkətlərin qiymətləndirilməsinə təzyiq göstərməkdə davam edir.
Bankın qiymətləndirməsinə görə, bu vəziyyət PTC-ni son 10 ilin ən aşağı qiymətləndirmə səviyyələrindən birində almağa imkan versə də, sövdələşmə başa çatdıqdan sonra “Schneider Electric” səhmlərinə də əlavə təzyiq yarada bilər.
“Berenberg” analitiki Nay Soe Naing isə Reuters-ə bildirib ki, proqram təminatı sektorundakı mövcud qiymətləndirmələr və investorların ehtiyatlı mövqeyi nəzərə alınarsa, sövdələşmənin qiyməti məqbul görünür.
PTC-nin səhmləri isə ABŞ fond bazarlarının açılışından əvvəlki ticarətdə 34,4% bahalaşıb.
Sövdələşmə “Schneider Electric”in sənaye avtomatlaşdırılması, proqram təminatı və məlumat mərkəzləri biznesini bir-birinə daha sıx inteqrasiya etmək strategiyasının mühüm mərhələsi kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
52 d. əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
54 d. əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransa şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Ən çox oxunanlar
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər



























