970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi

“Cahan Holdinq”in marketinq departamentinə yeni təyinat!
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Cahan Holdinq”in marketinq departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifəyə marketinq sahəsində uzun illər peşəkar təcrübəyə malik Müşviq İskəndərov təyin olunub. Əmək fəaliyyətinə 2008-ci ildə başlayan Müşviq İskəndərov bu müddət ərzində müxtəlif tanınmış şirkət və qurumlarda marketinq istiqamətində rəhbər və məsul vəzifələrdə çalışıb.

O, yeni təyinatından əvvəl “Cahan Holdinq”ə məxsus “ENNA”, “Cahan Sənaye Kompleksi ” və “Cahan İnşaat” müəssisələrində marketinq direktoru olaraq fəaliyyət göstərib. “ENNA” müəssisəsində Azərbaycanın “Cola”sı “BUZZ Cola” markasının marketinq hərəkətliliyi böyük marağa səbəb olub.

Reklam_3_11

“BE Group” brendinin sıfırdan yaradılmasında birbaşa olaraq iştirak edib. Marka innovativ marketinq addımları ilə ölkə usta sferasında özündən danışdıraraq yeni bir eranın başlanğıcına çevrilib.

“Cahan İnşaat”ın “Tarixin mərkəzində” sloqanı altında təqdim etdiyi layihə də qısa müddətdə Naxçıvanda böyük marağa səbəb olub.

Xatırladaq ki, “Cahan Holdinq” 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.

Holdinq avtomobil biznesi və texniki xidməti, çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Müşviq İskəndərov Cahan Holdinq yeni təyinat marketinq direktoru marketinq departamenti BUZZ Cola ENNA Cahan Sənaye Kompleksi Cahan İnşaat BE Group Naxçıvan
05.10.2026 15:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar