Azərbaycanın investisiya şirkəti 895 min manat xalis mənfəət açıqladı
"Unicapital İnvestisiya Şirkəti" QSC 2021-ci ili 895 min 459 manat xalis mənfəət ilə başa vurub. "Unicapital"ın xalis mənfəəti 2021-ci ilin 1-ci rübündə 99 min 542 manat, 2-ci rübündə 195 min 712 manat, 3-cü rübündə 446 min 729 manat, 4-cü rübündə 153 min 476 manat təşkil edib.
Marja.az şirkətin audit olunmamış maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Unicapital"ın faiz gəlirləri 714 min manat, komissiya gəlirləri 1 miylon 460 min manat, dilinq gəlirləri 1 milyon 17 min manat, digər gəlirləri 21 min manat təşkil edib.
"Unicapital İnvestisiya Şirkəti" audit təsdiqli illik hesabatına görə, şirkət 2020-ci ili 521 min manat xalis mənfəət ilə bağlayıb.
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti", 2007-ci ildən qiymətli kağızlar bazarında yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. "Unicapital" yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
31 d. əvvəl
Azərbaycan 2030-a hazırlaşır - Hökumət 2027–2030-cu illər üçün risklərə hazırlığı gücləndirəcək
-
-
39 d. əvvəl
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
Ən çox oxunanlar
“Xalq Sığorta”nın yığımları artıb, ödənişləri azalıb
“Xalq Həyat” yığımlarını artırıb, ödənişlərini azaldıb
“AzSığorta”nın ödənişləri artıb
Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi





























