"Bu evi SOCAR sökməyib"
Sosial şəbəkələrdə neft mədəni ərazisində şəhid ailəsinə məxsus tikilinin guya SOCAR əməkdaşları tərəfindən sökülməsinə dair videogörüntü yayılıb. Videodan məlum olur ki, ev sahibindən tikintiyə icazə verilməsi üçün kimlərsə pul istəyib, o isə həmin pulu vermədiyi üçün taxta materiallardan istifadə edilərək tikdiyi ev sökülüb.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün neft sənayesi obyektləri və mədən ərazilərini mühafizə edən SOCAR-ın Təhlükəsizlik İdarəsi ilə əlaqə saxladıq. İdarənin müşaviri Səbuhi Şəldiyev bildirdi ki, videoda bəhs olunan tikili SOCAR tərəfindən sökülməyib:
“SOCAR-ın Təhlükəsizlik İdarəsi neft kəmərlərinin mühafizə zonasında, neft mədəni ərazilərində xidmət aparır və qanunsuz tikililərə qarşı da mübarizə aparır. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda neft sənayesinə aid torpaqlar zəbt edilərək qanunsuz tikinti işləri aparılır. Bu cür hallarla qarşılaşdıqda həmin tikililərin sökülməsinə dair müvafiq addımlar atılır. Lakin sözügedən videodakı ərazi SOCAR-ın balansında olan ərazi deyil və həmin tikili SOCAR əməkdaşları tərəfindən söklüməyib”.
Səbuhi Şəldiyev həmçinin əlavə etdi ki, SOCAR-da şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xüsusi diqqət göstərilir, onlara qarşı daim hörmət nümayiş etdirilir. SOCAR-da minlərlə şəhid ailəsi, müharibə veteranı çalışır. Təkcə II Qarabağ müharibəsində 500-dən çox SOCAR əməkdaşı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Onların arasında yaralanan, şəhid olan əməkdaşlarımız da var: “Lakin bəzi saxtakarlar Qarabağ qazilərinə, şəhid ailələrinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışır, qanunsuz tikinti işlərinə göz yumulmasını tələb edirlər. Dəfələrlə özünü Qarabağ qazisi kimi təqdim edən şəxsləri araşdırarkən onların əslində müharibədə iştirak etmədiyi, sadəcə bu addan istifadə etdikləri məlum olub. Ona görə də şəhid ailəsi, qazi adından istifadə edən saxtakarlar ifşa edilməli, qınanmalıdır.”
Müştərilərin xəbərləri
“Celt Tədris Mərkəzi” 25 illik uğur tarixini yeni rekordla davam etdirir: 300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
-
22 d. əvvəl
2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Vergi Məcəlləsində dəyişiklik edilir - Sahibkarların maliyyə yükü azalacaq
-
2 saat əvvəl
Rəşad Mahmudov: Dövlət xəstəxanaları dərman satın alınmasında problemlə üzləşir
-
2 saat əvvəl
Startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub
-
3 saat əvvəl
Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
Ən çox oxunanlar
Xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir
Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
Rəqəmsal səyyahlara güzəştlər olacaq
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub


























