Vergilər Nazirliyi rəsmiləşən dövriyyələrin artdığını açıqladı
Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib. Xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır.
Bununla yanaşı, 2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə ƏDV-yə cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.
2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb. ƏDV dövriyyəsində artım isə 9,6 faiz təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24,6 faiz artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38,2 faiz artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6 faiz təşkil edir.
Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.
2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib.
Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7 faizə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 faiz), ticarətdə (43,7 faiz), rabitədə (24,2 faiz), sənayedə (16,9 faiz) və digər fəaliyyət sahələrində (29,9 faiz) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.
Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 faiz və 56,3 faiz artmasıdır.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 13 saat əvvəl
-
-
13 saat əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
13 saat əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
13 saat əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
13 saat əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
14 saat əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
14 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
-
16 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı


























