Pomidor sahələrinə ziyanvericilər daraşıb - MƏHSULU ZAY EDİR
Masallı rayonunda pomidor sahələrində xəstəlik yayılıb. Xəstəlik bu sahələrə ziyanverici qurdların daraşmasından sonra baş verib. 10 gündən çoxdur ziyanverici həşəratlar sahələrdə məhsulu zay edir.
Masallının 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib. Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb və xəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında pomidor sovkası adlanan qurddur.
Sakinlərin dediklərinə görə, pomidor sovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, yetişməmiş kal pomidorlarda da var.
Fermer Bəybala Əsədov: “4 hektar pomidor sahəm var. Ziyanverici sovkalar mənim pomidor sahələrimin 1 faizini zəbt edib. Bu məni çox narahat edir. Dərmanlama işlərinə başlamışam. Bitki Mühafizə Mərkəzinin əməkdaşlarına məlumat vermişəm. Onlar ərazidə olan sovka dəyən pomidorlara baxış keçiriblər”.
Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir. Fermerlərin pomidor sahələrinə Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları da baxış keçirib.
Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin rəsmisi İslam Məmmədov: “Biz sovka yayılan ərazilərdə müşahidə aparmışıq. Fermerlərə öz tövsiyəmizi vermişik, hansı kimyəvi dərmanlara ehtiyac olduğunu bildirmişik. Sovka karantin ziyanvericisi olmadığı üçün onunla mübarizə fermerlərin özləri tərəfindən aparılır”. Fermer Dilarə Əsədovanın 3 hektar pomidor ərazisində də bu problem yaşanır: “Sahəmə gəlib baxıblar. Bizə dərman adları verilib. Alıb gətirmişik, iki gündür dərmanlayırıq. İnanıram ki, məhsulumuzu vaxtında zərərvericələrdən qoruya biləcəyik”.
Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Artıq fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumatlar verilib. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılması üçün hazırda sahələrdə dərmanlama işləri aparılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 d. əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
-
25 d. əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 39 d. əvvəl
- 42 d. əvvəl
-
57 d. əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarğıdalı sahələrinin sığortası başa çatır – SON 3 GÜN! – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycan dövləti 2-ci yarımildə borcunu 3,8 milyard manat artırmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir sıra proqnozlar yenilənib
Ən çox oxunanlar
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
“FERRUM Kapital” 14%-lik istiqrazlarla 1 milyon manat cəlb edir
Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər
Avqustun 19-da gözlənilən hava şəraiti













.png)











