“Aqropat”ın meyvə ağacları ilk barını verib
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında da məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.
Təsərrüfatın əməkdaşı Malik Həsənov bölgə müxbiri ilə söhbətində bildirib ki, intensiv bağ salınarkən İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərin tövsiyələri nəzərə alınıb, rayonun beşillik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib.
Fevral ayında 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Müqaviləyə əsasən, tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 10 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Bu il əkilməsinə baxmayaraq, artıq meyvə ağacları ilk barını verib.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollara çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtirlərə, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damlama üsulu ilə həyata keçirilir.
Hazırda meyvə bağında ağaclara payız qulluğu olunur. Aqronom Asif Zeynalov deyib ki, bağda yaşıl budama işləri ilə yanaşı, ağaclara forma verilməsinə xüsusi diqqət yetirilir. Meyvə ağacına forma verilməsində əsas məqsəd onu barvermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdır. Bunun üçün ağacların budaqları əyilərək, lentlə qarğılara bağlanır. Ağacların suvarılmasının damlama üsulu ilə həyata keçirilməsi isə onların inkişafını və məhsuldarlığını artırır.
Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub. Hazırda bağın genişləndirilməsi davam edir. 40 hektarda meyvə bağının salınması üçün beton dirəklər basdırılır. Gələcəkdə məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşası da nəzərdə tutulur.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















