Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
Mərc oyunları və lotereya operatorlarına yeni vergi rejimi seçmək hüququ veriləcək. Azərbaycanda vergi borclarına möhlət verilməsi qaydaları sadələşdirilə bilər. Vergi bəyannamələrinin avtomatik təsdiqi üçün yeni mexanizm hazırlanır. Vergi orqanlarına ƏDV depozit hesablarını monitorinq etmək səlahiyyəti verilə bilər. Lotereya və mərc oyunlarında 6%-lik mövcud rejimə alternativ təklif olunur. Vergi inzibatçılığında yeni qaydalar – Bəyannamə, borc və ƏDV depozit hesablarıAzərbaycanda lotereya və idman mərc oyunları operatorlarına ümumi oyun gəliri (GGR – gross gaming revenue) modeli üzrə vergitutma rejimini seçmək hüququnun verilməsi təklif olunur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.
MƏRC VƏ LOTEREYA OPERATORLARINA YENİ VERGİ REJİMİ
Təqdimata əsasən, lotereya və idman mərc oyunlarında GGR modeli üzrə vergi rejiminin tətbiqi nəzərdə tutulur. Operatorlar üçün dövriyyədən 6 faiz vergi rejimi saxlanılmaqla, onlara ümumi oyun gəlirindən vergitutma modelini seçmək hüququ veriləcək. Yeni modelə əsasən, vergi bazası toplanan məbləğdən ödənilmiş uduşlar çıxıldıqdan sonra qalan gəlir əsasında müəyyən ediləcək.
Təqdimatda GGR modeli üzrə hesablama aşağıdakı kimi göstərilir:
Toplanan məbləğ – Ödənilmiş uduşlar = GGR – vergi bazası.
Beləliklə, lotereya və idman mərc oyunları operatorlarına mövcud dövriyyədən 6 faiz vergi rejimi ilə yanaşı, GGR modelini seçmək hüququnun verilməsi nəzərdə tutulur.
VERGİ BƏYANNAMƏLƏRİNİN AVTOMATİK TƏSDİQİ
Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əvvəlcədən doldurulmuş bəyannamələrin avtomatik təsdiqi prosesinin hüquqi mexanizmlərinin müəyyən edilməsi təklif olunur.
Təqdimatda bu istiqamət “Pre-filling” mexanizmi kimi göstərilib.
VERGİ BORCLARINA MÖHLƏT VERİLMƏSİ SADƏLƏŞDİRİLİR
Layihədə vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Bu çərçivədə əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması təklif edilir.
ƏDV DEPOZİT HESABLARI ÜZRƏ NƏZARƏT
Vergi inzibatçılığı sahəsində nəzərdə tutulan digər dəyişiklik vergi orqanına ƏDV depozit hesabı üzrə aparılan əməliyyatları monitorinq etmək səlahiyyətinin verilməsidir.
Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi borcların könüllü ödənilməsi, hesabatlılığın təkmilləşdirilməsi və mərc bazarında şəffaf vergitutma göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
9 d. əvvəl
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
-
12 d. əvvəl
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
-
16 d. əvvəl
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
- 19 d. əvvəl
-
22 d. əvvəl
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
-
29 d. əvvəl
2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
-
40 d. əvvəl
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
-
47 d. əvvəl
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
100 manatlıq istiqraz, illik 18 faiz gəlir
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
Ən çox oxunanlar
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
Noyabrın 13-də gözlənilən hava şəraiti



























