Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
2027-ci ildə mədəniyyət, media və idmana 643 milyon manat ayrılacaq – Xərclər 22% artır. Azərbaycanda media qurumlarına 68,4 milyon manat nəzərdə tutulub. Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılması planlaşdırılır“2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb”, - o əlavə edib.
Nazir müavini qeyd edib ki, həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək:
“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20 faiz çoxdur. Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb. Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat vəsait proqnozlaşdırılıb”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
9 d. əvvəl
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
-
12 d. əvvəl
Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
-
15 d. əvvəl
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
-
17 d. əvvəl
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
- 21 d. əvvəl
-
32 d. əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 37 d. əvvəl
- 49 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Ən çox oxunanlar
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
"Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq, Müstəqillik Bəyannaməsinə istinad sənəddən çıxarılacaq"
Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
Qızılın qiyməti 4 min dollardan aşağı düşdü — bazar FED-in dekabrda faiz artıracağına hazırlaşır
Neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə düşüb
Dünyanın ən varlı insanları pullarını yeni investisiya sahələrinə yönəldirlər – Səbəblər açıqlandı
Sentyabrda orta maaş 30 qəpik azalıb






















