Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
Dünyaca məşhur restoran şəbəkəsi Sumqayıtda: Burger King Bakıdan kənara çıxıb – İlk restoranını Sumqayıtda açıb. Burger King Azərbaycanda 9-cu restoranını istifadəyə verib.Burger King Azərbaycandakı şəbəkəsini genişləndirməyə davam edərək ölkədəki 9-cu, paytaxtdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verdi. Bu hadisə brendin regionlardakı inkişafında mühüm addım oldu.
Yeni restoran Sumqayıt şəhəri, Bakı küçəsi 34, "Bakı Plaza" ünvanında yerləşir. Müasir dizayn, rahat interyer, özünəxidmət köşkləri və zəngin menyu qonaqlar üçün rahat şərait yaradır. İndi Sumqayıt sakinləri və qonaqları açıq alovda hazırlanan məşhur Whopper və Burger King-in digər sevilən təamlarından zövq ala bilərlər.
Paytaxtdan kənarda ilk restoranın açılışı Burger King-in Azərbaycandakı inkişafının yeni mərhələsinin başlangıcıdır.
Şirkət rəhbərliyindən bildirilib:
"Sumqayıtda ilk restoranın açılması komandamız üçün vacib bir hadisə və Burger King-in Azərbaycandakı inkişafında əhəmiyyətli addımdır. Biz restoranlarımızı yalnız paytaxtda deyil, ölkənin digər şəhərlərində də əlçatan etməyə, yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat atmosfer təqdim etməyə çalışırıq. Sumqayıt sakinlərinin bizi istiqanlılıqla qarşılamasından şadıq və regionlardakı gələcək inkişaf potensialımıza əminik."
Burger King şəbəkəsinin genişlənməsi həm də yeni iş yerlərinin açılmasına, peşəkar təlim və karyera imkanlarının yaradılmasına töhfə verir. Şirkət beynəlxalq restoran xidməti standartlarını daha çox qonaq üçün əlçatan edərək, inkişafını həm Bakıda, həm də Azərbaycandakı digər şəhərlərdə davam etdirməyi planlaşdırır.
Burger King haqqında
Burger King-in tarixi 1954-cü ildə ABŞ-ın Mayami şəhərində başlayıb. Bu gün brend bütün dünyada ilk növbədə küftələrin açıq alovda hazırlanması üzrə unikal texnologiyası ilə tanınır.
Burger King-in əsas üstünlüyü — xüsusi qrildə, açıq alovda bişirilən 100% mal ətindən hazırlanmış küftələrdən istifadə olunmasıdır. Məhz bu bişirmə üsulu məşhur Whopper və brendin digər burgerlərinə xüsusi dad və ətir verir. Yüksək keyfiyyət standartları, zəngin menyu və inqrediyentləri fərdi şəkildə seçmək imkanı Burger King-i dünyanın ən tanınan restoran brendlərindən birinə çevirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
11 d. əvvəl
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
16 d. əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
26 d. əvvəl
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
-
29 d. əvvəl
Mikrosahibkar böyüdükdə əvvəl ödədiyi vergilər yeni öhdəliyindən çıxıla bilər
-
34 d. əvvəl
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus ®
Vergi Məcəlləsinə 67 istiqamətdə dəyişiklik təklif olunur – 21-i sahibkarların təşəbbüsüdür
Ən çox oxunanlar
“Xankəndi” şərabının tıxacında niyə “erməni şərabı” yazılıb? - Şirkət rəhbərindən açıqlama
Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
"Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb






















