Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
İxracla məşğul olan sahibkarlara 5 illik vergi güzəşti təklif edilirAzərbaycanda 2027-ci ildən kiçik sahibkarlıq subyektlərinə 5 il müddətinə gəlir və mənfəət vergisinin 25 faizi həcmində güzəştin tətbiqi təklif edilir. Eyni zamanda, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlər üçün 50 faizlik gəlir vergisi güzəşti nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırladığı dəyişikliklər layihəsinin təqdimatında bildirilir.
KİÇİK SAHİBKARLAR ÜÇÜN 25 FAİZ GÜZƏŞT
Kiçik sahibkarların sabit fəaliyyətinin dəstəklənməsi məqsədilə ən azı 2 il kiçik sahibkar kimi fəaliyyət göstərən, vergi borcu olmayan, dövriyyəsi 30 faizdən çox azalmayan və əmək münasibətlərini pozmayan sahibkarlara 5 il müddətinə gəlir (mənfəət) vergisinin 25 faizi həcmində güzəştin tətbiqi nəzərdə tutulur.
MİKRO SAHİBKARLARIN BÖYÜMƏSİ TƏŞVİQ EDİLƏCƏK
Təqdimatda mikrosahibkarların daha yuxarı sahibkarlıq kateqoriyasına keçidinin təşviqi üçün yeni mexanizm də yer alıb. Təklifə əsasən, keçid zamanı əvvəlki hesabat ili üzrə ödənilmiş vergilər növbəti illərdə vergi öhdəliklərindən çıxılacaq.
İXRAC YÖNÜMLÜ FƏALİYYƏTƏ 5 İLLİK VERGİ GÜZƏŞTİ
Ölkədə istehsal edilib ixrac olunan mallardan və xidmətlərdən əldə edilən gəlirin ümumi gəlirdəki payına mütənasib olaraq 5 il müddətinə mənfəət (gəlir) vergisi güzəşti təklif edilir.
Güzəşt üzrə yuxarı hədd 25 faiz müəyyən edilib.
Dövlət, neft-qaz və maliyyə sektorlarında (təkrarsığorta istisna olmaqla) fəaliyyət göstərən şəxslərin ixracı bu güzəştə daxil deyil.
VERGİ BORCLARINA GÖRƏ GECİKMƏ FAİZİ AZALDILIR
Ödənilməmiş vergi məbləği üzrə hər gecikdirilmiş gün üçün tətbiq olunan faiz dərəcəsinin 0,1 faizdən 0,05 faizə endirilməsi nəzərdə tutulur.
Bundan əlavə, maliyyə sanksiyalarının erkən ödənişinin təşviqi məqsədilə sanksiya 10 iş günü ərzində ödənildikdə məbləğə 10 faiz güzəştin tətbiqi təklif edilir.
SƏHM VƏ İSTİQRAZ GƏLİRLƏRİNƏ 50 FAİZ GÜZƏŞT
Kapital bazarının inkişafı istiqamətində də yeni mexanizm hazırlanıb. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlər üzrə verginin investisiya şirkətləri tərəfindən ödəmə mənbəyində tutulması təklif edilir. Eyni zamanda, həmin gəlirlərə 2027-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisi üzrə 50 faiz güzəştin tətbiqi nəzərdə tutulur.
Təqdimatda dəyişikliklərdən gözlənilən nəticələr kimi mikro və kiçik sahibkarların böyüməsi və dayanıqlığı, qeyri-neft ixracının artımı, borcların vaxtında və könüllü ödənilməsi və kapital bazarında investor fəallığı göstərilir.
Vergi Məcəlləsində 67 istiqamətdə dəyişiklik hazırlanıb – 12 sahəni əhatə edəcək
Azərbaycanda 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsinə və aidiyyəti qanunvericilik aktlarına 67 istiqamətdə dəyişiklik edilməsi nəzərdə tutulur. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi 4 əsas blokdan ibarətdir.
Bunlar aşağıdakılardır:
Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi;
Vergitutma bazasının genişləndirilməsi;
Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi;
Vergi inzibatçılığının təkmilləşdirilməsi.
DƏYİŞİKLİKLƏR 12 İSTİQAMƏTİ ƏHATƏ EDİR
Dövlət Vergi Xidmətinin təqdimatına əsasən, dəyişikliklərin əhatə dairəsinə aşağıdakı sahələr daxildir:
Aqrar sənaye və kənd təsərrüfatı;
İstehsal və sənaye sektoru;
Yanacaq-energetika və ekologiya;
Tikinti sektoru;
Zərgərlik sənayesi;
Ticarət sektoru;
Nəqliyyat və logistika;
Gözəllik xidmətləri;
Səhiyyə sektoru;
Kapital bazarı;
Mədəniyyət, əyləncə və turizm;
Bütün sektorları əhatə edən dəyişikliklər.
Beləliklə, 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanan qanun layihəsində biznes mühiti, investisiyalar, vergitutma bazası, vergi nəzarəti və vergi inzibatçılığı üzrə dəyişikliklər nəzərdə tutulur.
Vergi Məcəlləsi 2027, vergi dəyişiklikləri 2027, Dövlət Vergi Xidməti, 67 istiqamətdə vergi dəyişikliyi, vergi qanunvericiliyi, biznes mühiti, vergi güzəştləri, vergi inzibatçılığı, vergi nəzarəti, investisiyaların təşviqi, vergitutma bazası.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
8 d. əvvəl
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
-
15 d. əvvəl
Fermerlərin gəlirlərinə vergi tətbiqi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
-
18 d. əvvəl
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
-
26 d. əvvəl
Türk İnvestisiya Fondu 170 milyon dollarlıq beynəlxalq kreditə qoşulub
-
37 d. əvvəl
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
-
1 saat əvvəl
Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Fermerlərin gəlirlərinə vergi tətbiqi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
Ən çox oxunanlar
Noyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

























