970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2027-ci ildə Azərbaycanda idman komandalarının beynəlxalq yarışlarda iştirakı, yarışlara hazırlığı və müxtəlif idman tədbirlərinin təşkilinə dövlət büdcəsindən 3,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Reklam_3_11

Sənədə əsasən, ayrılması proqnozlaşdırılan vəsait 2026-cı illə müqayisədə 600 min manat və ya 20,7 faiz çoxdur.

Belə ki, 2026-cı ildə bu istiqamət üzrə 2,9 milyon manat nəzərdə tutulduğu halda, 2027-ci ildə məbləğin 3,5 milyon manata çatdırılması planlaşdırılır.

Vəsait Milli Paralimpiya Komitəsinin, Milli Abilimpiya Federasiyasının, Azərbaycan Respublikası Deflimpiya Komitəsinin və Xüsusi Olimpiya Komitəsinin idman komandalarının fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Bu çərçivədə müxtəlif idman tədbirlərinin keçirilməsi, komandaların beynəlxalq yarışlarda iştirakı, beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilati işlərin maliyyələşdirilməsi nəzərdə tutulur

Beləliklə, 2027-ci ildə sözügedən idman təşkilatlarının komandaları üçün ayrılan büdcə vəsaitinin ötən illə müqayisədə beşdəbirdən çox artırılması proqnozlaşdırılır.

2027 dövlət büdcəsi idman xərcləri beynəlxalq idman yarışları Milli Paralimpiya Komitəsi Milli Abilimpiya Federasiyası Deflimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsi idman tədbirlərinin maliyyələşdirilməsi 3 5 milyon manat idmana dövlət dəstəyi idman büdcəsi 2027
04.11.2026 12:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19