Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”

“PAŞA Həyat” Bakıda keçiriləcək Avropa çempionatının baş sponsoru olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə.

- Ülviyyə xanım, PAŞA Həyat üçün sosial məsuliyyət nə deməkdir? Bu istiqamətdə strategiyanız necə qurulub?

Reklam_3_11

- Həyat sığortası mahiyyətcə insanın bu gününə və sabahına verilmiş sözdür. Bu sözü yalnız müqavilə ilə deyil, cəmiyyətdə gördüyümüz işlə də tutmalıyıq. Bu il həyata keçirdiyimiz “Güclüsən” layihəsi də, bu çempionata dəstəyimiz də həmin strategiyanın davamıdır. Biz tək-tək tədbirlər deyil, ardıcıl və uzunmüddətli təsir yaratmağa çalışırıq.

- Niyə məhz eşitmə məhdudiyyətli idmançıların çempionatı?

- Çünki inklüzivlik sözlə deyil, imkan yaratmaqla olur. Bu idmançılar peşəkar idmanın bütün tələblərini qarşılayır: eyni məşq yükü, eyni intizam, eyni qələbə əzmi. Lakin onların uğurları çox vaxt daha az görünür. Cüdo isə hörmət, dözümlülük və özünə inam idmanıdır. Bu dəyərlər bizə çox yaxındır. Baş sponsor olmaqla bu idmançıların səsini daha geniş auditoriyaya çatdırmaq istəyirik.

- Sponsorluq nələri əhatə edir?

- Biz çempionatın baş sponsoruyuq və təşkilatçıları yarışın yüksək səviyyədə keçirilməsində dəstəkləyirik. Amma bizim üçün əsas olan maddi töhfə deyil, iştirakdır. Bağlanış mərasimində medalları qaliblərə biz təqdim edəcəyik. Əməkdaşlarımız da tribunalarda olacaq və idmançıları dəstəkləyəcək.

-Bu çempionatın Bakıda keçirilməsi nə ifadə edir?

- Azərbaycan artıq böyük beynəlxalq yarışların etibarlı ev sahibidir. Avropa miqyaslı bu çempionatın Bakıda keçirilməsi ölkəmizin inklüziv idmana açıq olduğunu da göstərir. Bizim üçün bu prosesin bir hissəsi olmaq qürurvericidir.

- Bu istiqamətdə gələcək planlarınız nədir?

- Bu çempionat bizim üçün birdəfəlik təşəbbüs deyil. Məqsədimiz odur ki, idmanın və sağlam həyatın imkanları hər kəs üçün bərabər olsun.

- Azərkeşlərə nə demək istərdiniz?

-Noyabrın 11–12-də Bakı Əl Oyunları Sarayında idmançılarımızı birlikdə dəstəkləyək. Bu yarışda alqışı eşitmək olmur, amma görmək olur. Doluluq, bayraqlar, əl hərəkətləri idmançılara ən böyük dəstəkdir.

- Müsahibəyə görə təşəkkür edirik.

PAŞA Həyat PAŞA Həyat Sığorta Ülviyyə Cabbarova PAŞA Həyat İdarə Heyətinin sədri EDJC 2026 Avropa Cüdo Çempionatı eşitmə məhdudiyyətli idmançılar inklüziv idman Bakıda cüdo çempionatı Bakı Əl Oyunları Sarayı PAŞA Həyat sponsorluq Güclüsən layihəsi korporativ sosial məsuliyyət sosial layihələr həyat sığortası
03.11.2026 14:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19