İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
2027-ci ildə Azərbaycanda İşsizlikdən Sığorta Fondunun xərcləri 319 milyon 200 min manat, gəlirləri isə 268 milyon 900 min manat təşkil edəcək.
Marja.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib.
Nazirin sözlərinə görə, Fondun 2027-ci il üçün proqnozlaşdırılan xərcləri gəlirlərini 50 milyon 300 min manat və ya 18,7 faiz üstələyəcək.
Gəlirlərlə xərclər arasında yaranacaq fərqin maliyyələşdirilməsi üçün əvvəlki dövrlərdən istifadə olunmamış vəsaitlərin yönəldilməsi nəzərdə tutulur.
Belə ki, İşsizlikdən Sığorta Fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 50 milyon 300 min manat gələn ilin xərclərinin maliyyələşdirilməsinə sərf ediləcək.
Beləliklə, Fondun 2027-ci il üçün nəzərdə tutulan xərclərinin 84,2 faizi cari ilin gəlirləri, 15,8 faizi isə əvvəlki dövrlərdən qalan vəsaitlər hesabına qarşılanacaq.
İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi:
Proqnozlaşdırılan gəlirlər: 268,9 milyon manat
Proqnozlaşdırılan xərclər: 319,2 milyon manat
Gəlirlərlə xərclər arasındakı fərq: 50,3 milyon manat
İstifadə olunmamış vəsaitlərdən ayrılacaq məbləğ: 50,3 milyon manat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
22 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
20 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
17 d. əvvəl
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
- 19 d. əvvəl
-
46 d. əvvəl
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
-
47 d. əvvəl
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
-
50 d. əvvəl
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
-
53 d. əvvəl
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
-
59 d. əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
1 saat əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
Ən çox oxunanlar
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı


























