Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı

2027-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,4 milyard manat ayrılacaq. Dövlətin investisiya xərclərinin 64 faizi azad edilmiş ərazilərə yönəldiləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

2027-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2027-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün ümumilikdə 5,3 milyard manat proqnozlaşdırılır.

Bu vəsaitin 3,4 milyard manatı işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsinə, şəhər və kəndlərin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına yönəldiləcək.

Vəsait hesabına elektrik enerjisi, təbii qaz, su, rabitə və yol infrastrukturlarının qurulması, təhsil, səhiyyə, mədəniyyət və mənzil-kommunal obyektlərinin tikintisi, həmçinin tarixi-mədəni abidələrin bərpası və yaşayış evlərinin inşası nəzərdə tutulur.

Dövlət əsaslı vəsait qoyuluşunun qalan 1,9 milyard manatı isə digər investisiya layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək.

Beləliklə, azad edilmiş ərazilərin bərpasına ayrılan 3,4 milyard manat dövlət büdcəsində nəzərdə tutulan əsaslı investisiya xərclərinin təxminən 64,2 faizinə bərabərdir.

Ümumilikdə, 2027-ci il dövlət büdcəsinin bütün xərc bölmələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlərin maliyyələşdirilməsinə 3 milyard 422 milyon manat ayrılması planlaşdırılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

2027 dövlət büdcəsi Qarabağın bərpası Şərqi Zəngəzur azad edilmiş ərazilər Böyük Qayıdış dövlət investisiya xərcləri Qarabağa ayrılan vəsait 3 4 milyard manat Azərbaycanın 2027-ci il büdcəsi.
04.11.2026 11:22
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19