970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çexiya Bakının ictimai nəqliyyat sisteminin, o cümlədən metropoliten və tramvay şəbəkəsinin modernləşdirilməsi, eləcə də Orta Dəhlizin təşviqi, Ələtdəki logistika mərkəzinin inkişafı və aviasiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçirir.

Bunuu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələrin təmin edilməsində strateji baxımdan mühüm funksiyanı yerinə yetirir: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan rolu ikitərəfli dialoqa xüsusi aktuallıq qazandırır. Ümumi vəzifə "dar boğaz"ların aradan qaldırılması, o cümlədən dəmir yollarının, limanların, avtomobil yollarının və logistika mərkəzlərinin vahid multimodal şəbəkədə birləşdirilməsi hesabına bu marşrutu daha sürətli, etibarlı və rəqabətədavamlı etməkdən ibarətdir".

İ.Bednarik qeyd edib ki, Çexiya şirkətləri dəmir yolu nəqliyyatı, siqnallaşdırma və telekommunikasiya, şəhər mobilliyi sistemləri, intellektual nəqliyyat və yol hərəkətinin idarə edilməsi sahələrində sınaqdan keçirilmiş həllər təklif etməyə hazırdır.

Nazir bildirib ki, əməkdaşlıq yalnız avadanlıqların tədarükü ilə məhdudlaşmır, həmçinin layihələrin icrasının bütün mərhələlərində yerli kadrların hazırlanmasını və texnologiya transferini əhatə edən uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasını ehtiva edir: "Öz növbəsində, Çexiya hökuməti bu təşəbbüsləri dəstəkləməyə, ixracın maliyyələşdirilməsi alətləri daxil olmaqla, əməkdaşlığın etibarlı hüquqi və maliyyə bazasının yaradılmasına kömək etməyə hazırdır".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Bakı Metropoliteni Bakı metrosu Bakıda tramvay Bakı tramvay şəbəkəsi Bakıda tramvay layihəsi Çexiya Azərbaycan əməkdaşlığı İvan Bednarik Ivan Bednárik Bakıda ictimai nəqliyyat metro modernləşdirilməsi Çexiya şirkətləri ağıllı nəqliyyat sistemləri Orta Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Ələt logistika mərkəzi dəmir yolu infrastrukturu nəqliyyat investisiyaları Azərbaycan-Çexiya Biznes Forumu
12.10.2026 11:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19