970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çin Azərbaycandan daha çox aqrar məhsullar almaq istəyir – Yeni razılaşma

Azərbaycan və Çin aqrar sahədə böyük əməkdaşlığa hazırlaşır – Memorandum imzalandı. Azərbaycandan Çinə kənd təsərrüfatı məhsullarının ixracı 2 dəfə artıb. Çin Azərbaycandan kənd təsərrüfatı və qida məhsullarının idxalını artırmaq istəyir: Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Azərbaycandan daha çox aqrar məhsullar almaq istəyir – Yeni razılaşma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Reklam_3_11

Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, Memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.

İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik ifadə edilib. 

Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük, şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.

Çinli nazir iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın dərinləşməsini təmin edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib

Nazir Məcnun Məmmədov iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə ticarət əlaqələrinə toxunub, cari ilin 7 ayında ticarət dövriyyəsinin 37,9 milyon ABŞ dolları təşkil etdiyini, Çindən idxalın 25,5 faiz artdığını, Azərbaycandan bu ölkəyə ixracın isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,4 faiz çoxaldığını deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq, bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini deyib.

Çin ilə Azərbaycan arasında baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikasının təchizatı və digər sahələrdə əməkdaşlığın artıq səmərəli nəticələr verdiyini bildirən nazir Məcnun Məmmədov Çin şirkətlərini Azərbaycandakı əlverişli və etibarlı investisiya mühitindən yararlanmağa, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla kənd təsərrüfatı sektorundakı investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. O, həmçinin ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisində Çindən daha çox şirkətin iştirakının müvafiq sahədə əməkdaşlığa müsbət təsir edəcəyini deyib.

Nazir Məcnun Məmmədov Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, onların tədqiqatları, əldə etdiyi uğurlu nəticələr barədə məlumatlandırılıb. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Çin ticarəti Azərbaycandan Çinə ixrac kənd təsərrüfatı məhsullarının ixracı Azərbaycan Çin kənd təsərrüfatı əməkdaşlığı Məcnun Məmmədov Can Cu Kənd Təsərrüfatı Nazirliyi Çin investisiyaları Qarabağa investisiya aqrar sektor kənd təsərrüfatında süni intellekt aqrar dron texnologiyaları pambıqçılıq üzümçülük şərabçılıq Caspian Agro Azərbaycan Çin memorandumu kənd təsərrüfatı ixracı 2026
12.10.2026 10:50
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19