970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda orta maaş bir ildə 79 manat artıb

Ölkədə orta maaş 1200 manata yaxınlaşır. Azərbaycanda 1 milyon 776 min nəfər maaşla işləyir – Əməkhaqqı 1173 manata yüksəlib. Özəl sektorda çalışanların sayı dövlət sektorunu 108 min nəfər ötüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi "Ökədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə" məlumat açıqlayıb.

Qeyd edilib ki, 2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1776,8 min nəfər olub, onlardan 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz və ya 79,2 manat artaraq 1173 manat təşkil edib.

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil etmişdi. 

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil etmişdi.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycanda orta aylıq əməkhaqqı orta maaş 2026 Azərbaycanda maaşlar əməkhaqqı artımı 1173 manat orta maaş Dövlət Statistika Komitəsi muzdla çalışan işçilər Azərbaycanda işçilərin sayı dövlət sektorunda çalışanlar özəl sektorda çalışanlar qeyri-dövlət sektoru Azərbaycanda əmək bazarı məşğulluq statistikası maaş artımı 2026 nominal əməkhaqqı Azərbaycan iqtisadiyyatı
12.10.2026 10:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19