970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®

AzVak-mobil_resmin_ustu_31
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından “Money20/20” tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli “The Money Awards 2026” müsabiqəsinin finalçıları sırasında qərarlaşıb.

Bank “AI&Automation” kateqoriyası üzrə finala yüksəlib. ABB müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan layihəsi ilə iştirak edir.

Bank AI-nur və AI-khan-ı müştərilərə ötən ilin sonlarından təqdim edib. ABB mobile tətbiqinin istifadəçiləri onlarla sadəcə danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, AI-nur və AI-khan müştərilərin gəlir və xərclərini izləyib, maliyyə vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur, müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir, kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə daha da genişlənir.

İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla qarşılıqlı ünsiyyət qurublar. Layhənin qlobal müsabiqənin finalına çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol oynayıb.

“The Money Awards” maliyyə xidmətləri sektorunda innovasiya, texnologiya və real təsir yaradan şirkətləri, məhsulları, tərəfdaşlıqları dəyərləndirən “Money20/20” platformasının qlobal fintech mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.

“The Money Awards 2026” qalibləri oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “Money20/20 USA” tədbiri çərçivəsində elan olunacaqlar. ABB final mərhələsində Plaid, DriveWealth, Socure, Sardine, U.S. Bank və s. kimi tanınmış qurumlarla yarışacaq.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB Azərbaycan Beynəlxalq Bankı Money20/20 The Money Awards 2026 ABB Money Awards finalçısı ABB AI AI&Automation süni intellekt bankçılığı AI-nur AI-khan ABB mobile fərdi maliyyə meneceri süni intellekt əsaslı maliyyə meneceri rəqəmsal bankçılıq fintech fintech mükafatı bank texnologiyaları maliyyə texnologiyaları bank innovasiyaları süni intellektlə maliyyə idarəetməsi şəxsi büdcənin idarə edilməsi gəlir və xərclərin analizi müştəri təcrübəsi rəqəmsal maliyyə xidmətləri Money20/20 USA Las-Veqas Plaid DriveWealth Socure Sardine U.S. Bank ABB innovasiya layihələri Azərbaycan fintech bazarı
07.10.2026 11:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19