Vergi planı 913 milyon manat artıq icra edilib
9 ayda vergi daxilolmaları 13,6 milyard manatı keçib – Proqnoz 913 milyon manat üstələnib2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
2026-cı ilin yanvar – sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
21 d. əvvəl
Ukraynanın müraciətinə cavab – Azərbaycandan 2,5 milyon manatlıq yardım
- 48 d. əvvəl
-
1 saat əvvəl
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®
-
1 saat əvvəl
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Çinin qızıl alışları dayanmır – 23 aydır ehtiyat artırılır
Vergi planı 913 milyon manat artıq icra edilib
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur























