Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Fitch”dən Azərbaycanın ən böyük bankına dair müsbət qərar - ABB bir pillə də irəlilədi

“Fitch” ABB-nin kredit reytinqini yüksəltdi – “BB+” səviyyəsinə çatdırdı
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch”dən Azərbaycanın ən böyük bankına dair müsbət qərar - ABB bir pillə də irəlilədi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzunmüddətli emitent defoltu reytinqini (LT IDR) “BB” səviyyəsindən “BB+” səviyyəsinə yüksəldib. Bankın maliyyə dayanıqlılığı reytinqi (VR) də “bb”dən “bb+”ya qaldırılıb. Reytinqlər üzrə proqnoz “Stabil”dir.

Marja.az “Fitch Ratings”ə istinadən xəbər verir ki, reytinqin yüksəldilməsi ABB-nin güclü maliyyə göstəricilərini qoruması fonunda risk profilinin yaxşılaşmasını və Azərbaycanda bankların fəaliyyət mühitinin daha əlverişli qiymətləndirilməsini əks etdirir.

“Stabil” proqnoz agentliyin ortamüddətli dövrdə ABB-nin kredit portfelində mülayim artımın davam edəcəyi, aktivlərin keyfiyyətinin və gəlirliliyin isə yüksək səviyyədə qalacağı barədə gözləntilərinə əsaslanır.

Azərbaycanda bankların fəaliyyət mühitinin qiymətləndirilməsi yüksəldilib

“Fitch” Azərbaycan bankları üçün fəaliyyət mühiti üzrə qiymətləndirməni “bb-” səviyyəsindən “bb” səviyyəsinə yüksəldib və proqnozu “Stabil” saxlayıb.

Agentlik qərarı bank sektorunda tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə izah edib. Bildirilib ki, bu dəyişikliklər sektorun iqtisadi tsikllərdən qaynaqlanan təzyiqlərə davamlılığını gücləndirməlidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyə dövlət dəstəyi də nəzərə alınıb. Bununla bankların fəaliyyət mühiti göstəricisi ilə Azərbaycanın “BBB- / Stabil” suveren reytinqi arasındakı fərq azalıb.

“Fitch” Azərbaycan iqtisadiyyatının tsiklik xüsusiyyətlərinə baxmayaraq, bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam qalacağını gözləyir.

ABB sektorun aktivlərinin 25 faizinə nəzarət edir

“Fitch” ABB-nin Azərbaycanın ən böyük və dövlətə məxsus bankı olduğunu vurğulayıb. 2026-cı ilin birinci yarısının sonuna ABB-nin payına ölkənin bank sektorunun aktivlərinin 25 faizi, kreditlərinin isə 24 faizi düşüb.

Agentliyin fikrincə, bu göstəricilər bankın daxili bazardakı güclü mövqeyini və qiymət formalaşdırmaq imkanlarını dəstəkləyir.

ABB-nin Özbəkistanda fəaliyyət göstərən “Davr Bank”ı satın alması prosesinin 2026-cı ilin üçüncü rübünün sonunadək yekunlaşacağı gözlənilir. “Fitch” hesab edir ki, nisbətən kiçik bankın alınması ABB-nin kredit profilinə neytral təsir göstərəcək. Sövdələşmə bankın daha yüksək gəlirlilik vəd edən bazarlara çıxmaq və fəaliyyətini şaxələndirmək strategiyasına uyğundur.

Kreditlər aktivlərin 48 faizini təşkil edir

2025-ci ilin sonuna ABB-nin kredit portfeli ümumi aktivlərin 48 faizini təşkil edib. Kreditlərin pərakəndə və korporativ istiqamətlər üzrə bölgüsü təxminən bərabər olub.

Pərakəndə kredit portfelində əsas yeri ipoteka və təminatsız nağd kreditlər tutur. Korporativ kreditlər isə əsasən Azərbaycanın iri müəssisələrinə verilmiş vəsaitlərdən ibarətdir.

Bankın aktivlərinin 36 faizini təşkil edən qeyri-kredit maliyyə aktivləri əsasən likvid və yüksək kredit keyfiyyətinə malik alətlərdə yerləşdirilib.

ABB-nin kredit portfelinin artım tempi 2024-cü ildəki 26 faizdən 2025-ci ildə 12 faizə enib. Bununla belə, göstərici bank sektoru üzrə 9 faizlik orta artımı üstələyib. “Fitch” 2026–2027-ci illərdə ABB-nin kredit portfelinin illik artımının təxminən 10 faizədək mülayimləşəcəyini proqnozlaşdırır.

Problemli kreditlərin azalacağı gözlənilir

ABB-nin üçüncü mərhələyə aid problemli kreditlərinin ümumi kredit portfelində payı 2024-cü ilin sonundakı 3,5 faizdən 2025-ci ilin sonunda 4,6 faizə yüksəlib. Bununla belə, problemli kreditlər üzrə mümkün zərərlər yaradılmış ehtiyatlarla demək olar ki, tam qarşılanıb.

İkinci mərhələ kreditlərinin payı isə 0,8 faizdən 1,2 faizə çatıb. “Fitch” bankın ən iri korporativ kreditlərinin adekvat təsnifləşdirildiyini və onlar üzrə kifayət qədər ehtiyat yaradıldığını hesab edir.

Agentlik kredit portfelinin böyüməsi və problemli korporativ borcların həlli hesabına üçüncü mərhələ kreditlərinin payının 2026-cı ildə 4 faizdən aşağı düşəcəyini, 2027-ci ildə isə sabit qalacağını gözləyir.

ABB-nin gəlirliliyi yüksək qiymətləndirilib

Bankın xalis faiz gəlirlərinin pul vəsaitləri də daxil olmaqla orta gəlir gətirən aktivlərə nisbəti 2025-ci ildə 6,1 faiz təşkil edib. 2024-cü ildə bu göstərici 6 faiz idi.

“Fitch” bildirib ki, sabit xalis faiz gəlirləri və xərclərə yaxşı nəzarət mümkün zərərlər üzrə ehtiyatlar yaradılmazdan əvvəl yüksək mənfəətin formalaşmasına imkan verib. Kredit itkilərinin mülayim səviyyədə qalması da bankın maliyyə nəticələrinə müsbət təsir göstərib.

ABB-nin əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti 2024-cü ildəki 6,1 faizdən 2025-ci ildə 5,3 faizə düşsə də, agentlik bu göstəricini yüksək hesab edir.

Maliyyələşmə xərclərinin mümkün artması səbəbindən gəlirliliyin 2026–2027-ci illərdə bir qədər zəifləyəcəyi gözlənilir. Bununla belə, əsas gəlirlilik göstəricisinin 4,5 faizdən yuxarı qalacağı proqnozlaşdırılır.

Kapital göstəricisi 25 faizə enib

ABB-nin “Fitch” əsas kapital əmsalı 2024-cü ilin sonundakı 29 faizdən 2025-ci ilin sonunda 25 faizə düşüb. Buna risklə ölçülmüş aktivlərin 31 faiz artması və 2024-cü ilin xalis mənfəətinin 56 faizinə bərabər dividend ödənilməsi səbəb olub.

“Fitch” “Davr Bank”ın alınması və kredit portfelinin artması fonunda kapital əmsalının 2026-cı ilin sonunadək 22 faizə enəcəyini gözləyir. 2027-ci ildə əlavə azalma mümkün sayılsa da, göstəricinin 20 faizdən yuxarı qalacağı proqnozlaşdırılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Agentlik hesab edir ki, bu səviyyə ABB-nin gözlənilməz itkiləri qarşılamaq qabiliyyətini yüksək səviyyədə saxlayacaq.

Dövlət şirkətlərinin vəsaitləri depozitlərin 37 faizini təşkil edir

2025-ci ilin sonuna ABB-nin öhdəliklərinin 83 faizi depozitlər hesabına maliyyələşib. Depozit bazasında təmərküzləşmə yüksəkdir: dövlət şirkətlərinin vəsaitləri ümumi depozitlərin 37 faizini təşkil edib. “Fitch” bu vəsaitləri sabit və bankın maliyyələşmə bazasının əsas hissəsi kimi qiymətləndirir.

Bankın həm manat, həm də xarici valyutada likvidliyi yüksək qiymətləndirilib. 2025-ci ilin sonunda ümumi kreditlərin müştəri depozitlərinə nisbəti 74 faiz olub. Agentliyin fikrincə, bu səviyyə depozitlərin təmərküzləşməsindən irəli gələn risklərə qarşı güclü likvidlik buferi yaradır.

Reytinq hansı hallarda yenidən dəyişə bilər?

“Fitch” bildirir ki, aktivlərin sürətli artması və yüksək dividend ödənişləri nəticəsində kapital buferlərinin ciddi zəifləməsi, əsas kapital əmsalının davamlı olaraq 18 faizdən aşağı düşməsi ABB-nin reytinqinin azaldılmasına səbəb ola bilər.

Aqressiv kredit artımı nəticəsində aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və üçüncü mərhələ kreditlərinin payının davamlı olaraq 5 faizi keçməsi də mənfi reytinq qərarı ilə nəticələnə bilər.

Reytinqin yenidən yüksəldilməsi üçün Azərbaycanda bankların fəaliyyət mühiti daha da yaxşılaşmalı, ABB isə mövcud maliyyə göstəricilərini qoruyub saxlamalıdır.

ABB-nin qısamüddətli emitent defoltu reytinqi “B”, dövlət dəstəyi reytinqi isə “dəstək yoxdur” səviyyəsində saxlanılıb. “Fitch” sonuncu qiymətləndirməni dövlətin müxtəlif dövrlərdə banka göstərdiyi dəstəyin ardıcıl olmaması ilə əsaslandırıb. Dövlət dəstəyi reytinqinin yüksəldilməsi dövlətin sistem əhəmiyyətli banklara davamlı dəstək göstərməsi ilə bağlı yanaşmasında müsbət dəyişiklik tələb edir.

İş elanları AzVak.az-da

XXX

Fitch Upgrades International Bank of Azerbaijan to 'BB+'; Outlook Stable

Fitch Ratings - London - 07 Aug 2026: Fitch Ratings has upgraded OJSC International Bank of Azerbaijan's (ABB) Long-Term Issuer Default Rating (LT IDR) to 'BB+' from 'BB' and its Viability Rating (VR) to 'bb+' from 'bb'. The Outlook is Stable. A full list of rating actions is below.

The upgrade reflects ABB's improved risk profile, underpinned by the operating environment, while maintaining its strong financial profile. The Stable Outlook reflects Fitch's expectation of the bank's continued moderate loan growth over the medium term, alongside sustained robust asset quality and profitability.

Key Rating Drivers

ABB's LT IDR of 'BB+' is driven by the bank's standalone profile, as captured by 'bb+' VR. The VR reflects a strong domestic franchise, solid balance-sheet structure and robust financial metrics. These are counterbalanced by the bank's exposure to the oil-dependent Azerbaijani emerging economy.

Improved Operating Environment: Fitch has revised its operating environment assessment for Azerbaijani banks to 'bb'/stable from 'bb-‌'/stable. The revision reflects tighter regulatory oversight and further progress in implementing a risk-based supervisory framework, which should strengthen the sector's resilience to cyclical pressures. The assessment also incorporates the sovereign's solid credit profile and support for macroeconomic stability, narrowing the gap between the operating environment score and the sovereign rating (BBB-/Stable). Fitch expects the banking sector's financial profile to remain sound in 2026-2027, despite the inherent cyclicality of the Azerbaijani economy.

Leading Franchise; State Ownership: ABB is the largest, state-owned bank in Azerbaijan, representing 25% of sector assets and 24% of sector loans at end-1H26. This underpins the bank's strong domestic franchise and considerable pricing power. Its planned acquisition of the small Uzbekistan-based PJSCB Davr bank, expected to close by end-3Q26, is likely to have a neutral impact on ABB's credit profile and is consistent with its strategy of diversifying into higher-yielding markets.

Balanced Asset Structure: Loans accounted for a modest 48% of ABB's assets at end-2025, with equal contributions from retail and corporate lending. The retail lending portfolio focuses on mortgages and unsecured cash loans, while the corporate lending portfolio comprises mostly exposures to the largest local enterprises. Non-loan financial assets (36%) were mostly liquid and of strong credit quality. Lending growth decelerated to 12% in 2025 (2024: 26%), slightly exceeding the sector average of 9%, and we expect it to moderate to about 10% annually in 2026-2027.

Sound Loan Quality: ABB's impaired loans (Stage 3 loans under IFRS 9) rose slightly to 4.6% of gross loans at end-2025 (end-2024: 3.5%), but these were almost fully covered by loan loss allowances. Stage 2 loans equaled a limited 1.2% of gross loans at end-2025 (end-2024: 0.8%). Fitch believes the largest corporate exposures are adequately classified and provisioned for. We expect the core ratio to fall below 4% in 2026 and remain stable in 2027, supported by loan growth and the resolution of impaired corporate exposures.

Strong Profitability: The bank's net interest income was stable at 6.1% of average earning assets, including cash and cash equivalents, in 2025 (2024: 6%). This, alongside good cost control, underpinned strong pre-impairment profit generation, while credit losses were modest. As a result, ABB's operating profit/risk-weighted assets (RWAs) ratio was high, although it decreased to 5.3% in 2025 (2024: 6.1%). We expect a further moderation in 2026-2027, due to potentially higher funding costs, but the core profitability should remain above a high 4.5%.

Solid Capital Buffer: ABB's Fitch Core Capital (FCC) ratio declined to 25% at end-2025 (end-2024: 29%), due to rapid 31% RWA growth and dividend distributions (56% of 2024 net income). We expect the FCC ratio to fall to 22% by end-2026, due to the acquisition of Davr and continued loan growth. A further decline is also feasible in 2027, but we expect the FCC ratio to remain above 20%, a level that continues to underpin the bank's strong capacity to absorb unexpected losses.

Concentrated Funding; Ample Liquidity: ABB is primarily deposit-funded (end-2025: 83% of liabilities). Deposit concentration is high, with state-owned corporates contributing 37% of deposits, but we view these as stable and core to the bank. Wholesale funding remains structurally modest (end-2025: 13% of liabilities), though it could rise in 2026-2027 if ABB re-enters international debt capital markets. Liquidity is ample in both local and foreign currencies, reflected in a 74% gross loan/customer deposit ratio at end-2025, providing a strong buffer against deposit concentration risk.

Rating Sensitivities

Factors that Could, Individually or Collectively, Lead to Negative Rating Action/Downgrade

ABB's VR and LT IDR could be downgraded following a material erosion of the bank's capital buffers, stemming from rapid asset growth and large dividend payouts, with the FCC ratio consistently below 18%. A downgrade could also result from substantial loan-quality deterioration, following aggressive loan growth, with the Stage 3 loans ratio increasing consistently above 5%.

Factors that Could, Individually or Collectively, Lead to Positive Rating Action/Upgrade

An upgrade of the bank's VR and LT IDR would require further improvement of the Azerbaijani operating environment, while maintaining the bank's financial metrics at current levels.

OTHER DEBT AND ISSUER RATINGS: KEY RATING DRIVERS

ABB's Government Support Rating (GSR) of 'no support' reflects that support from the government of Azerbaijan cannot be relied on. This reflects the mixed and patchy record of state support provided to ABB.

The bank's 'B' Short-Term (ST) IDR is the only possible option mapping to the 'BB+' LT IDR.

OTHER DEBT AND ISSUER RATINGS: RATING SENSITIVITIES

An upgrade of the bank's GSR would be contingent on a positive change in Azerbaijan's propensity to support domestic systemically important banks, as manifested in a consistent record of state support.

The bank's ST IDR is sensitive to changes in the bank's LT IDR.

VR ADJUSTMENTS

The earnings and profitability score of 'bb+' is below the 'bbb' category implied score due to the following adjustment reason: revenue diversification (negative).

The capitalisation and leverage score of 'bb+' is below the 'bbb' category implied score due to the following adjustment reason: risk profile and business model (negative).

İş elanları AzVak.az-da

ABB Azərbaycan Beynəlxalq Bankı Fitch Ratings ABB reytinqi ABB kredit reytinqi BB+ reytinqi bank reytinqi emitent defoltu reytinqi maliyyə dayanıqlılığı reytinqi stabil proqnoz Azərbaycan bank sektoru bankların fəaliyyət mühiti ABB aktivləri ABB kredit portfeli ABB problemli kreditləri ABB kapitalı ABB gəlirliliyi ABB depozitləri ABB likvidliyi Fitch əsas kapital əmsalı risklə ölçülmüş aktivlər üçüncü mərhələ kreditləri dövlət bankı Azərbaycanın ən böyük bankı Davr Bank ABB Özbəkistan bank sektorunun aktivləri korporativ kreditlər pərakəndə kreditlər bankların kredit reytinqi
07.08.2026 15:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19