Xalq Bankda Landau məktəbliləri üçün bankçılıq üzrə təlim keçirildi
Xalq Bank məktəblilərin maliyyə sahəsi haqqında biliklərinin genişləndirilməsi və bank sektoru ilə ilkin tanışlıq məqsədilə Landau məktəbinin 9–10-cu sinif şagirdləri üçün maarifləndirici təlim həyata keçirdi.
Proqram çərçivəsində iştirakçılar bank fəaliyyətinin əsas istiqamətləri, maliyyə xidmətləri, rəqəmsal bankçılıq və əməliyyat təhlükəsizliyi ilə bağlı təqdimatları dinlədilər.
Təlimin praktiki hissəsində şagirdlərə marketinq, reklam və müştəri yönümlü yanaşma kimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, Bankın filialında müştəri əməliyyatlarının icrası prosesi əyani olaraq göstərildi.
Proqramın sonunda şagirdlərə iştirak barədəsertifikatlar və xatirə hədiyyələri təqdim olundu. Xalq Bank gənclərin maliyyə savadlılığının artırılmasını və onların gələcək peşə seçimlərinə dəstək verən maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















