"Qaranlıq avtomobildə gizli görüş – Cəmi bir neçə dəqiqə davam edib”
İranda son dövrün ən çox diqqət çəkən iddialarından biri gündəmdədir.
Marja xəbər verir ki, Tehrandakı prosesləri işıqlandıran “Iran International” uzun müddətdir ictimaiyyət qarşısında görünməyən dini lider Müctəba Xamenei ilə Prezident Məsud Pezeşkian arasında keçirildiyi iddia olunan görüşlə bağlı diqqətçəkən təfərrüatlar yayıb.
Məlumata görə, Pezeşkian Xamenei ilə üzbəüz görüşmək üçün uzun müddət cəhd göstərib. İddialara əsasən, prosesdə yaranan çıxılmaz vəziyyət səbəbindən o, hətta istefa vermək məsələsini də gündəmə gətirib. Mənbələr Xameneinin ofisinin sonda görüşə razılıq verdiyini, lakin görüşün rəsmi iqamətgahda keçirilməsinə icazə verilmədiyini bildiriblər.
“Qaranlıq avtomobildə görüşüblər”
“Iran International”ın iddiasına görə, Prezident Pezeşkian Tehranda yeri açıqlanmayan bir nöqtəyə aparılıb. Təhlükəsizlik kortejindən ayrılan Pezeşkianın daha sonra şüşələri tamamilə qaraldılmış kommersiya təyinatlı avtomobilin arxa oturacağına mindirilib.
Xəbərdə avtomobilin salonunun tamamilə qaranlıq saxlanıldığı, buna görə də görüş iştirakçılarının bir-birini görə bilmədiyi iddia olunur. Mənbələrin bildirdiyinə görə, təhlükəsizlik əməkdaşları Pezeşkianın Xamenei ilə əl sıxmasına da icazə verməyiblər.
“Cəmi bir neçə dəqiqə davam edib”
Müxalif media qurumunun məlumatına görə, gizli görüş cəmi bir neçə dəqiqə davam edib. Bu iddia Pezeşkianın may ayında verdiyi və Xamenei ilə iki saat yarım görüşdüyünü bildirdiyi açıqlama ilə ziddiyyət təşkil edir. Görüşün dəqiq hansı tarixdə keçirildiyi barədə isə məlumat verilməyib.
“Bu, həqiqətən Xamenei idi?”
Xəbərdə ən çox diqqət çəkən məqamlardan biri görüşdən sonra baş verdiyi iddia olunan dialoqdur. “Iran International”ın mənbələrinə istinadən verdiyi məlumata görə, Pezeşkian köməkçiləri ilə söhbətində avtomobildə danışdığı şəxsin həqiqətən Müctəba Xamenei olduğuna əmin olmadığını deyib. Buna səbəb kimi görüşün tamamilə qaranlıq şəraitdə keçirilməsi göstərilib.
Mənbələr Pezeşkianın yalnız bir səs eşitdiyini söylədiyini və buna görə də danışdığı şəxsin kimliyindən əmin olmadığını irəli sürüblər.
Yeni görüş tələbinin də rədd edildiyi iddia olunur
Xəbərdə, həmçinin Pezeşkianın daha sonra Xameneinin rəsmi iqamətgahında yeni üzbəüz görüş keçirilməsini istədiyi, lakin bu tələbin də qəbul edilmədiyi iddia olunub.
Rəsmi qurumlar məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
31 d. əvvəl
42 milyard 400 milyon manatlıq xərc: Müdafiəyə 8,8 milyard, investisiyalara 5,3 milyard manat
-
1 saat əvvəl
İlon Maskın şirkətlərində böyük çöküş – 460 milyard dollar bazar dəyəri silindi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
1 saat əvvəl
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
-
1 saat əvvəl
Azərbaycanın avtomobil bazarına yeni marka gəlir — “İlk dəfə. Tezliklə...”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
Ən çox oxunanlar
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
“Ziraat Bank Azərbaycan”da yeni direktor təyinatı
Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır



























