970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hər il keçiriləcək – Təşkilat Komitəsi yaradıldı - TƏYİNATLAR

Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov təyin edilib
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hər il keçiriləcək – Təşkilat Komitəsi yaradıldı - TƏYİNATLAR

Azərbaycanda ölkənin investisiya imkanlarının beynəlxalq səviyyədə təşviqi və xarici sərmayələrin cəlb edilməsi məqsədilə Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi təşkili qərara alınıb.

Marja.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov təyin edilib. İqtisadiyyat naziri isə Komitə sədrinin müavini olacaq.

Təşkilat Komitəsinin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib.

Komitədə Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Fondu, SOCAR, AZAL, “Azərenerji” və “Azərişıq”ın rəhbərləri də təmsil olunacaqlar.

İkinci forum sentyabrda keçiriləcək

Təşkilat Komitəsinə 2026-cı il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin etmək tapşırılıb.

Komitə, həmçinin Forumun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planı hazırlayacaq, onun icrasını əlaqələndirəcək və təşkilati məsələləri həll edəcək.

İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Qeyd edək ki, ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci ildə keçirilib. Forum Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilib.

Forumun mütəmadi keçirilməsi xarici investisiyaların cəlb edilməsinə, yeni layihələrin təşviqinə, qeyri-neft sektorunun inkişafına və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsinə xidmət edəcək.

İş elanları AzVak.az-da

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycan İnvestisiya Forumu 2026 ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investisiya forumu xarici investisiyalar Azərbaycan iqtisadiyyatı investisiya mühiti biznes mühiti qeyri-neft sektoru xarici investorlar beynəlxalq maliyyə institutları dövlət-özəl tərəfdaşlığı investisiya layihələri Təşkilat Komitəsi Samir Şərifov İqtisadiyyat Nazirliyi İlham Əliyev Prezidentin Sərəncamı SOCAR Dövlət Neft Fondu AZAL 25–26 sentyabr 2026 Bakıda investisiya forumu Azərbaycanın investisiya imkanları beynəlxalq biznes ictimaiyyəti iqtisadi əməkdaşlıq
07.08.2026 13:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19