970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda futbolun və ümumilikdə idman infrastrukturunun inkişafına mühüm töhfə vermək məqsədilə yeni və strateji əhəmiyyət daşıyan layihənin əsası qoyulur.

“FN SPORTS AND MANAGEMENT” MMC tərəfindən "Sea Breeze" yaşayış və istirahət kompleksi ərazisində beynəlxalq standartlara cavab verən müasir futbol stadionunun və biznes plazanın inşası nəzərdə tutulur. Layihələrin həyata keçirilməsindən sonra isə obyektlərin uzunmüddətli idarəetməsi şirkət tərəfindən təmin ediləcəkdir. Layihə çərçivəsində "Sea Breeze Resort" ərazisində təxminən 10 000 tamaşaçı tutumuna malik müasir futbol arenasının tikilməsi planlaşdırılır.

Stadion beynəlxalq idman standartlarına uyğun inşa olunacaq və Azərbaycan Premyer Liqası, Birinci Liqa oyunları, eləcə də UEFA Konfrans Liqası və UEFA Avropa Liqası çərçivəsində keçiriləcək qarşılaşmaların qəbul edilməsi üçün nəzərdə tutulacaqdır.

Layihənin əsas məqsədi Azərbaycanda futbol infrastrukturunun inkişafına dəstək olmaq, yerli klublar üçün yüksək səviyyəli oyun məkanı yaratmaq, həmçinin Sea Breeze Resort və ətraf ərazilərdə yaşayan gənclərin və azyaşlıların futbola və digər idman növlərinə marağını artırmaqdır.

Yeni stadionun yalnız futbol oyunları üçün deyil, eyni zamanda müxtəlif idman tədbirləri, beynəlxalq forumlar, konfranslar və ictimai layihələr üçün çoxfunksiyalı mərkəz kimi fəaliyyət göstərməsi planlaşdırılır.

Layihə ilə bağlı “Sea Breeze” və “FN SPORTS AND MANAGEMENT” MMC arasında təntənəli müqavilə imzalanması mərasimi 20 may 2026-cı il tarixində keçiriləcəkdir.

Şirkət rəhbərliyi haqqında

“FN SPORTS AND MANAGEMENT” MMC-ninprezidenti futbol və idman camiəsində yaxşı tanınan Sərdar Salmanzadədir.

Sərdar Salmanzadə 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından “Shafa” FC-nin aşağı yaş qruplarında futbol fəaliyyəti ilə məşğul olmuş, müxtəlif dövrlərdə Azərbaycan milli komandalarının aşağı yaş qruplarına dəvət almışdır. 16 yaşında isə “Shafa” FC-nin əsas komandasına cəlb olunmuşdur.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, 2010–2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinin rəhbərliyində fəaliyyət göstərmişdir.

Daha sonra “Ramana FK” və “FC Shafa” futbol klublarının prezidenti vəzifələrində çalışmış, paralel olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və “Sminagro” şirkətinə rəhbərlik etmişdir.

Sərdar Salmanzadə bildirib ki, həyata keçiriləcək layihə ölkədə idmanın inkişafına uzunmüddətli töhfə verəcək, yerli futbol klublarının beynəlxalq standartlara uyğun infrastruktura çıxış imkanlarını genişləndirəcəkdir.

Şirkətin vitse-prezidenti vəzifəsinə təyin edilmiş Tural Əliyev 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.

2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirmişdir. 2011-ci ildən etibarən ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə hüquq bölməsinin rəhbəri kimi fəaliyyət göstərmişdir.

Son illərdə “Aqrarkredit” QSC-də Hüquq Departamentinin direktor müavini, “Kristal Abşeron” QSC-də və “Hermes Finance” ASC-də Hüquq Departamentinin direktoru, Şuşa Dövlət Qoruğu İdarəsində hüquq müşaviri vəzifələrində çalışmışdır.

Hazırda isə eyni zamanda “Baku City Residence” Şirkətlər Qrupunda Hüquq İdarəsinin rəhbəri, “Agah Construction” MMC-də İdarə Heyətinin üzvü vəzifələrində fəaliyyət göstərir. O, 2018-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Kollegiyanın Kommersiya Komissiyasının üzvüdür.

Tural Əliyev bildirib ki, layihənin əsas məqsədlərindən biri futbolun daha əlçatan və peşəkar səviyyədə inkişafına töhfə verməkdir. Onun sözlərinə görə, yeni stadion yalnız oyunların keçirilməsi üçün deyil, eyni zamanda müxtəlif idman və ictimai tədbirlərin təşkilində mühüm rol oynayacaqdır.

İş elanları AzVak.az-da

Azərbaycan futbolu Sea Breeze Arena layihəsi Sea Breeze stadionu Azərbaycan idman infrastrukturu 10.000 nəfərlik stadion Bakı Sea Breeze Resort stadion layihəsi Azərbaycan Premyer Liqası stadionları UEFA oyunları üçün stadion Azərbaycan futbol infrastrukturunun inkişafı Azərbaycan idman investisiyası Azərbaycan FN Sports and Management MMC Azərbaycan futbol layihələri 2026 yeni futbol stadionu Bakı Sea Breeze biznes plaza layihəsi çoxfunksiyalı stadion Azərbaycan idman və biznes layihəsi Azərbaycan Azərbaycan futboluna investisiya yerli futbol klubları infrastrukturu Sea Breeze idman kompleksi Azərbaycan idman xəbərləri Marja.az iqtisadi xəbərlər Azərbaycan tikinti və idman layihələri stadion tikintisi layihəsi Azərbaycan idman turizmi Azərbaycan Sərdar Salmanzadə bio Tural Əliyev hüquqşünas profil Azərbaycan futbol infrastrukturu inkişafı
19.05.2026 10:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19