"Birmarket-ə məxsus anbara da zərər dəyib, çatdırılmada gecikmələr, sifarişlərin qəbulunda çətinliklər yaşana bilər" - AÇIQLAMA
"Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb".
Birmarket-dən Marja.az-a verilən məlumata görə, hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
"Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.
Hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik", - məlumatda qeyd edilib.
Xatırladaq ki, "Kontakt Home" da bu gün məhsullarının saxlandığı anbarlardan birində yanğın baş verdiyi barədə məlumat yayıb. "Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq",- "Kontakt Home" mağazalarını idarə edən "ABC Telecom" şirkətinin sosial media səhifələrində paylaşdığı məlumat deyilir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
38 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
44 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























