FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
FAB Şirkətlər Qrupu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Big 5 Global UAE 2025” sərgisində iştirak edir.
Şirkət geniş məhsul portfeli, yüksək keyfiyyət standartlarına əsaslanan istehsal imkanları ilə sərgidə təmsil olunur.
“Big 5 Global UAE 2025” FAB üçün təkcə nümayiş platforması deyil, həm də qlobal rəqabətə inteqrasiya və beynəlxalq bazarda dayanıqlı mövqelərin qurulması üçün strateji addımdır. Bu qlobal tədbir yeni ixrac bazarları ilə birbaşa əlaqələrin qurulması, qlobal distribütor və tərəfdaşlarla əməkdaşlıq zəncirinin genişlənməsi, innovativ inşaat texnologiyalarının mənimsənilməsi, FAB brendinin beynəlxalq tanınma və etibarlılıq səviyyəsinin yüksəldilməsi üçün real imkanlar yaradır. Sərgi çərçivəsində aparılacaq görüşlərdə FAB məhsullarının Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxışı üçün mühüm razılaşmaların əldə olunması gözlənilir",- FAB Şirkətlər Qrupunun yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, “Big 5 Global” sərgisi bu il 165-dən çox ölkənin yerli istehsalçılarını bir araya gətirir. Sərgi 27 noyabr 2025-ci il tarixində başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
1 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
5 d. əvvəl
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
-
7 d. əvvəl
Dövlət büdcəsində xüsusi müdafiə layihələrinə ayrılacaq böyük məbləğ açıqlandı
-
9 d. əvvəl
2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
- 13 d. əvvəl
-
14 d. əvvəl
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
-
22 d. əvvəl
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
-
25 d. əvvəl
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dolların qiyməti 50 Türkiyə Lirəsini keçib
Ən çox oxunanlar
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
“Ferrari”nin ilk elektrik avtomobili satışa çıxmamış tükəndi – 2027-ci il üçün bütün avtomobillər sifariş edilib


























