“Ferrari”nin ilk elektrik avtomobili satışa çıxmamış tükəndi – 2027-ci il üçün bütün avtomobillər sifariş edilib
Tənqidlərə baxmayaraq, “Ferrari Luce”yə böyük maraq – Gələn ilin bütün avtomobilləri sifariş edilib. “Ferrari”nin ilk elektrik avtomobili gözləntiləri üstələyib– 2027-ci ilin satış planı artıq dolub. “Ferrari”nin yeni modelini almaq istəyənlər gözləməli olacaqlar.İtaliyanın lüks idman avtomobilləri istehsalçısı “Ferrari”nin ilk tam elektrik modeli olan “Luce”yə gözləniləndən yüksək maraq göstərilir. Şirkətin 2027-ci ildə satmağı planlaşdırdığı bütün “Luce” avtomobilləri üçün sifarişlər artıq qəbul edilib.
Marja.az xəbər verir ki, bu barədə “Ferrari”nin baş icraçı direktoru (CEO) Benedetto Vigna şirkətin üçüncü rüb üzrə maliyyə nəticələrinin açıqlanması zamanı bildirib.
Vigna qeyd edib ki, şirkət ilk tam elektrik modeli “Luce”yə göstərilən maraqdan olduqca məmnundur. Avtomobilin ilk müştərilərə 2026-cı ilin sonunadək təhvil verilməsi planlaşdırılır.
“Gələn il satmağı planlaşdırdığımız bütün avtomobillər artıq müştərilər üçün ayrılıb”, – deyə Benedetto Vigna bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, 2027-ci ildə keçiriləcək müştəri test yürüşlərinin “Luce” modelinə tələbatı daha da artıracağı gözlənilir. Bununla belə, Vigna 2027-ci il üçün nəzərdə tutulan satış həcmi barədə konkret rəqəm açıqlamayıb.
Dizaynına görə tənqid edilən avtomobilə böyük tələbat
“Ferrari”nin ilk elektrik avtomobili “Luce” may ayında təqdim edildiyi zaman qeyri-adi dizaynına görə ciddi tənqidlərlə üzləşmişdi. Lakin ilkin mənfi rəylərə baxmayaraq, avtomobilə tələbat şirkətin 2027-ci il üçün nəzərdə tutduğu bütün satış həcmini əhatə edib.
Benedetto Vigna bildirib ki, yeni modelin istehsalı və satışına tələbat baxımından şirkət hər hansı ciddi problemlə qarşılaşmır.
“Nə istehsal, nə də tələb tərəfində kritik problemimiz var. Əlbəttə, avtomobil bir qədər mürəkkəbdir. Çünki çoxsaylı yeni komponentlər və texnologiyalar ehtiva edir”, – deyə o vurğulayıb.
“Ferrari” elektrik avtomobillərinin payını 20 faizə çatdırmaq istəyir
Şirkət rəhbəri yeni elektrik modellərinin hazırlanması ilə bağlı sualı da cavablandırıb. Vigna bildirib ki, “Ferrari” tam elektrik avtomobilləri istiqamətində fəaliyyətini davam etdirir. Şirkətin strateji hədəfinə əsasən, 2030-cu ilədək “Ferrari”nin model çeşidinin 20 faizini tam elektrik avtomobilləri təşkil etməlidir.
Beləliklə, “Luce” modelinə yüksək tələbat “Ferrari”nin elektrik avtomobilləri seqmentinə daxil olmaq strategiyasının ilkin mərhələsində müsbət nəticə kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
23 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
21 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
6 d. əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
16 d. əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
-
19 d. əvvəl
İki dövlət şirkətinə büdcədən 51 milyon manatdan çox subsidiya veriləcək
-
25 d. əvvəl
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
-
35 d. əvvəl
Ali Məhkəmə: Əmlakın könüllü rəsmiləşdirilməsi dələduzluq faktını istisna etmir
-
36 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
40 d. əvvəl
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
-
42 d. əvvəl
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Ən çox oxunanlar
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
Dolların qiyməti 50 Türkiyə Lirəsini keçib
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq

























