Fuad Nəcəfli: “Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını sürətləndirməyə xidmət edəcək”
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək.
O, bunu Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.
Fuad Nəcəfli qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası sona çatacaq və muxtar respublika təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq:
“İllərlə davam edən blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun istifadəyə verilməsi Naxçıvan üçün yeni imkanların qapısını açacaq. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq”.
Vurğulanıb ki, Zəngəzur dəhlizi yalnız kommunikasiya xətti deyil, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcıdır. Bu dəhliz bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyət kəsb edir.
Eyni zamanda Fuad Nəcəfli qeyd edib ki, ölkəmizin inkişaf gündəliyində digər prioritet istiqamətlər də yer alır. Bütün respublikada olduğu kimi, Naxçıvanda da rəqəmsal və şəffaf idarəçiliyin – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin qurulması, sosial rifah və məşğulluğun artırılması, xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin yaradılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması və yaşıl enerji layihələrinin həyata keçirilməsi xüsusi önəm daşıyır.
Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, son illərdə aparılan islahatların nəticəsi olaraq muxtar respublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalıb.
“Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb. Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir”, – Fuad Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin yanvar–iyul aylarında iqtisadi göstəricilər də müsbət dinamikanı əks etdirib:
- ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat,
- əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manat,
- əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyon manat,
- sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manat,
- pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyon manat,
- ödənişli xidmətlər 5,8% artaraq 120,2 milyon manat təşkil edib.
Eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 min nəfər, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfər olub. Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.
Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 565 nəfər, o cümlədən dövlət sektorunda 37 305 nəfər, qeyri-dövlət sektorunda isə 23 260 nəfər təşkil edib.
Büdcə xərclərinin 64%-i yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33%) xeyli yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb:
- fiziki şəxslərin gəlir vergisi 19% artaraq 32 milyon manat,
- hüquqi şəxslərin mənfəət vergisi 8% artaraq 13 milyon manat,
- ƏDV 34% artaraq 41 milyon manat,
- aksiz vergisi 34% artaraq 44 milyon manat,
- mədən vergisi 22% artaraq 991 min manat təşkil edib.
Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş müşahidə olunub.
Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb: dövlət torpaqlarının icarəsindən daxilolmalar 42% artaraq 217,3 min manat, daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat olub.
2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33% artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57% artaraq 31,8 milyon manat, nağdsız ödənişlər isə 31% artaraq 592,3 milyon manat təşkil edib. Bank hesablarının sayı 11%, ödəniş terminallarının sayı isə 85% yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
22 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
20 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
22 d. əvvəl
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
- 24 d. əvvəl
-
51 d. əvvəl
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
-
52 d. əvvəl
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
-
55 d. əvvəl
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
-
58 d. əvvəl
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
-
1 saat əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
1 saat əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
Ən çox oxunanlar
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı



























