TSMC ABŞ-a sərmayə yatırmasa, 100% vergi ilə üzləşəcək
ABŞ prezidenti Donald Tramp, Tayvan şirkəti TSMC-nin ABŞ-da söz verdiyi zavodları tikməməsi halında Şirkətə 100 faizə qədər vergi tətbiq edəcəyini bəyan edib.ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ-da söz verdiyi yeni zavodları inşa etməsə, Tayvan Yarımkeçirici İstehsalat Şirkətinə (TSMC - Taiwan Semiconductor Manufacturing Company) 100%-ə qədər tariflər tətbiq edəcək.
Marja xəbər verir ki, Tramp keçmiş prezident Co Bayden administrasiyasını TSMC-nin ABŞ bölməsinə Arizona ştatının Phoenix şəhərində yarımkeçirici istehsalı üçün 6,6 milyard dollar yardım göstərdiyinə görə tənqid edərək, yarımkeçirici şirkətlərin pula ehtiyacı olmadığını iddia edib.
"Mən TSMC-yə heç bir pul vermədim... Mən yalnız dedim ki, zavodunuzu burada tikməsəniz, böyük vergi ödəyəcəksiniz", - Tramp bildirib.
Mart ayında dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC Ağ Evdə elan edib ki, yaxın illərdə beş əlavə yarımkeçirici zavodun tikintisi də daxil olmaqla, ABŞ-a 100 milyard dollarlıq yeni investisiya yatırmağı planlaşdırır.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 9 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
3 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Ən çox oxunanlar
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq























