970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı Qrupu 2027-ci ilin iyul ayına qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dəstək çərçivəsində 1,2 milyard ABŞ dolları məbləğində investisiya öhdəlikləri götürmək niyyətindədir.

Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.

O qeyd edib ki, hazırda Orta Dəhlizlə bağlı həyata keçirilən layihələr üzrə Dünya Bankı Qrupunun qüvvədə olan öhdəliklərinin ümumi portfeli 6,9 milyard dollara çatır:

"Bu kapital qoyuluşları beynəlxalq maliyyə təşkilatları və özəl investorlardan əlavə 9,35 milyard dollar məbləğində birgə maliyyələşdirməyə imkan verir. Bundan başqa, bu, həmçinin layihədə iştirak edən ölkələrin hökumətləri tərəfindən öz vəsaitləri hesabına 2,2 milyard dolları dəyərində birgə maliyyələşmənin cəlb edilməsinə şərait yaradır", - R.Prays vurğulayıb.

Xatırladaq ki, Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına uyğun olaraq, TBNM 2040-cı ilə qədər fiziki infrastruktura 25 milyard dollardan çox kapital qoyuluşunun cəlb edilməsini tələb olunur.

Bununla yanaşı, sərmayələrin prioritet istiqamətləri dəmir yolu şəbəkələri, dəniz limanları və yol infrastruktudur.

Bundan başqa, "təminedici" investisiyalara təxminən 30 milyard dolların ayrılması tələb olunur. Buraya dəhlizi milli iqtisadiyyatlara inteqrasiya edən birləşdirici avtomobil və dəmir yolları, yük hərəkətini sürətləndirmək məqsədilə logistika qovşaqları və daxili terminallar, eləcə də bütün nəqliyyat şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin edən logistika avadanlıqları - hərəkət heyəti (lokomotivlər və vaqonlar), yükləmə-boşaltma texnikası və rəqəmsal platformalar daxildir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

Dünya Bankı Orta Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu TBNM 1 2 milyard dollar 6 9 milyard dollar Roland Prays nəqliyyat infrastrukturu dəmir yolu limanlar logistika Mərkəzi Asiya Cənubi Qafqaz investisiya beynəlxalq maliyyə
01.10.2026 13:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19