970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®

CFI 24/7 qızıl ticarətini istifadəyə verərək fasiləsiz əməliyyat imkanlarını genişləndirir. CFI-dan qızıl ticarətində yenilik – Artıq həftəsonu da əməliyyat aparmaq mümkün olacaq. Başqa sözlə, həftəsonu da qızıl alıb-satmaq mümkün olacaq
AzVak-mobil_resmin_ustu_31
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

CFI bazarın fəaliyyət saatlarından kənarda və həftəsonları təklif etdiyi alətlər çeşidində ön sırada yer alır.

Onlayn ticarət xidmətləri sahəsində qlobal miqyasda tanınan lider “CFI Financial Group” yeni 24/7 qızıl (XAUUSD-24H) alətini istifadəyə verdiyini elan edib. Yeni alət müştərilərə ənənəvi qızıl bazarlarının bağlı olduğu həftəsonları da daxil olmaqla, həftənin yeddi günü qızılla ticarət etmək imkanı yaradır. Bu, CFI-ın seçilmiş maliyyə alətləri üzrə ticarəti ənənəvi iş saatlarından kənara çıxarmaq strategiyasının bir hissəsidir. Bu yenilik həmçinin “CFI Financial Group”un Azərbaycanda fəaliyyət göstərən şirkəti - “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin müştəriləri üçün də əlçatandır.

Qızıl dünyanın ən çox izlənilən maliyyə alətlərindən biri olaraq qalır və onun qiyməti həftə ərzində geosiyasi, iqtisadi və bazar hadisələrinə reaksiya verir. 24/7 qızıl ənənəvi ticarət saatlarından kənarda da bazara çıxış imkanı yaradaraq, uyğun müştərilərə həm həftəsonları, həm də adi ticarət günlərində qızılla ticarət etməyə və açıq mövqelərini idarə etməyə imkan verir.

Tamamilə müstəqil bir aktiv kimi formalaşan 24/7 qızıl ənənəvi spot qızıldan (XAUUSD) fərqli qiymət siyasətinə, ticarət saatlarına və xüsusi məhsul şərtlərinə malikdir. XAUUSD-24H simvolu altında mövcud olan bu alət müştərilərə bazar ertəsindən bazar gününə kimi, saat 00:05-dən 23:58-dək (GMT + 3) mövqe açmaq və bağlamaq imkanı verir.

24/7 qızıl CFI-ın müntəzəm ticarət sessiyalarından kənarda əlçatan olan digər alətləri ilə birlikdə təqdim edilir. Bunlara həftəsonları əməliyyat aparmaq üçün nəzərdə tutulmuş EUR/USD (EURUSDw) və USD/JPY (USDJPYw) cütlükləri, həmçinin 24/7 rejimində çalışan “Bitcoin” və qızıl cütlüyü də (BTCXAU) daxildir. 24/7 qızıl məhsulunun əlavə edilməsi ilə CFI-ın uzadılmış saatlar üzrə təklifləri valyutaları, rəqəmsal aktivləri və qiymətli metalları əhatə edir.

“CFI Financial Group”un Baş icraçı direktoru Ziyad Melhəm qeyd etmişdir: “Ənənəvi bazarlar bağlandıqda dünya dayanmır və onlara təsir edən hadisələr də səngimir. Biz də məqsədəuyğun hallarda ticarət imkanlarını ənənəvi iş saatlarından kənara çıxarmaqla mərhələli şəkildə genişləndiririk və 24/7 qızıl da bu ümumi istiqamətin mühüm tərkib hissəsidir. Bu, ticarətin davamlı inkişafını əks etdirməklə yanaşı, müştərilərə bazara daxil ola biləcəkləri vaxtla bağlı daha çox çeviklik yaradır.”

Bu məhsulun bazara çıxarılması CFI-ın investorları bütün həftə boyu daha geniş alətlər və fürsətlər şəbəkəsi ilə təmin etmək strategiyasını birbaşa dəstəkləyir.

CFI Financial İnvestisiya Şirkəti QSC-nin tərkibində olduğu CFI Financial Group haqqında

1998-ci ildə təsis edilmiş CFI Financial Group onlayn treydinq və investisiya sahəsində qlobal miqyasda tanınan lider şirkətlərdən biridir. Tənzimlənən onlayn treydinq provayderi kimi 25 ildən artıq təcrübəyə, qabaqcıl texnologiyalara və premium xidmətə malik CFI səhmlər, valyutalar, əmtəələr və digər maliyyə alətləri üzrə yüksək rəqabətli şərtlərlə qlobal və yerli bazarlara rahat çıxış təqdim edir. Qrup London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman, Qahirə və Boqota daxil olmaqla əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir.

CFI uzunmüddətli müştəri münasibətlərinin qurulmasına və treyderlərin inkişaf yolunun hər mərhələsində dəstəklənməsinə sadiqdir. Qrupun qlobal brend səfirləri – yeddiqat Formula One™ dünya çempionu Lyuis Hamilton və tennis əfsanəsi Mariya Şarapova, eləcə də Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti, Livan Basketbol Federasiyası və İordaniya Futbol Assosiasiyası daxil olmaqla aparıcı idman və mədəniyyət qurumları ilə tərəfdaşlıqları innovasiya, yüksək performans və uğura ortaq sadiqliyi əks etdirir, eyni zamanda dünya üzrə mədəni və ictimai təşəbbüsləri dəstəkləyir.

CFI Financial CFI Azərbaycan CFI Financial İnvestisiya Şirkəti qızıl ticarəti 24/7 qızıl ticarəti XAUUSD-24H XAUUSD qızıl qiyməti onlayn treydinq maliyyə bazarları həftəsonu ticarət EURUSDw USDJPYw BTCXAU investisiya qiymətli metallar Ziyad Melhəm
01.10.2026 11:59
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19