Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 17 d. əvvəl
- 29 d. əvvəl
-
44 d. əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq

























