Türkiyənin turizm gəlirlərində rekord
Türkiyənin turizm gəlirləri 2024-cü ilin ikinci rübündə ötən ilin eyni rübü ilə müqayisədə 11,8% artaraq 14 milyard 875 milyon dollara çatıb. Beləliklə, turizm gəlirlərində ikinci rübün rekordu qırılıb.Türkiyənin turizm gəlirləri aprel, may və iyun aylarından ibarət olan ikinci rübdə 2023-cü ilin eyni rübü ilə müqayisədə 11,8 faiz artaraq 14 milyard 875 milyon 518 min dollara çatıb. Turizm gəlirlərinin 15,9 faizi xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.
Marja xəbər verir ki, ikinci rübdə xərclənmiş vəsaitin 10 milyard 330 milyon 968 min dollarını şəxsi xərclər, 4 milyard 544 milyon 550 min dollarını isə paket tur xərcləri təşkil edib.
Ziyarətçilərin sayı 15 faiz artıb
Türkiyəyə gələn ziyarətçilərin sayı 2024-cü ilin ikinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə 15% artaraq 16 milyon 97 min nəfər təşkil edib. Ölkəyə səfər edənlərin 14,9 faizi və ya 2 milyon 405 min nəfəri xaricdə yaşayan vətəndaşlar olub.
Bu rübdə Türkiyə səfər edənlərin orta gecəlik xərci 101 dollar olub. Xaricdə yaşayan vətəndaşların bir gecəlik xərci orta hesabla 69 dollar təşkil edib.
Bu rübdə turizm gəlirlərində paket tur xərclərinin payı 30 faiz, qida və içki xərclərinin payı 18,5 faiz, beynəlxalq daşıma xərclərinin payı isə 12,2 faiz təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə paket tur xərcləri 32,5 faiz, qida və içki xərcləri 10,6 faiz, beynəlxalq daşıma xərcləri isə 1,9 faiz artıb.
Ziyarətçilərin 68,1 faizi “səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər” üçün gəliblər.
İkinci yerdə 19,1 faizlə “qohum və dostları ziyarət etmək”, üçüncü yerdə isə 5,4 faizlə “alış-veriş” olub. Xaricdə yaşayan vətəndaşlar isə 66,5 faizlə Türkiyəyə daha çox “qohum və dostları ziyarət etmək” üçün gəliblər.
Bu rübdə xaricə səfər edən Türkiyə vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən 3 faiz artaraq 2 milyon 963 min 788 nəfərə olub. Onların xərclədiyi vəsait əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,9 azalaraq 1 milyard 955 milyon 807 min dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
14 d. əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
16 d. əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 32 d. əvvəl
-
48 d. əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fransa şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Ən çox oxunanlar
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər


























