“Jeton satanlar”ı böyük maliyyə sanksiyaları gözləyir"
Son zamanlar bəzi şəxslər facebook, instagram sosial şəbəkələrində reklamların yerləşdirilməsi, Tik-Tok platformasından elektron ticarət qaydasında “jeton”ların alınması ilə əlaqədar ödənişlərin edilməsi zamanı 18% ƏDV öhdəliyi olmadan bu ödənişlərin edilməsi ilə bağlı vətəndaşlara müəyyən xidmət haqqı, ödəniş qarşılığında ödənişli xidmətlərin göstərilməsini elan edir.
Marja.az xəbər verir ki, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bu xidmətu təkli edənlərin qanunvericiliyi pozduğunu bildirib:
"Bildiyimiz kimi məsələn, vətəndaş Facebook-da 100 ABŞ dolları məbləğində reklam yerləşdirərsə və reklam ödənişini şəxsi məqsədlər üçün bankdan aldığı plastik kart vasitəsilə həyata keçirərsə, belə olan təqdirdə bank Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən vətəndaşın hesabından əlavə olaraq 18 dollar məbləğində ƏDV-ni tutaraq büdcəyə köçürəcək. Çünki bank bu əməliyyata görə 18% ƏDV məbləğinin vətəndaşın bank hesabından tutulub büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyır. Nəticədə vətəndaşın bu reklamla bağlı xərci 118 dollar olacaqdır.
Əgər fiziki şəxs vergi ödəyicisidirsə və Facebook sosial şəbəkəsində 100 dollar məbləğində reklam yerləşdirərsə və bu reklam ödənişini sahibkarlıq məqsədləri üçün bankda açdığı VÖEN-ə bağlı plastik kart vasitəsilə həyata keçirərsə belə olan təqdirdə bank yalnız 100 dollar olan reklam ödənişini vergi ödəyicisinin bank hesabından Facebook sosial şəbəkəsinin hesabına köçürür. 18% ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi ödəyicisinin özü tərəfindən büdcəyə ödənilir.
Bu səbəbdən son zamanlar bəzi şəxslər qanunvericiliyin tələbəni anlamadan 18% ƏDV öhdəliyi olmadan Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara ödənişlərin edilməsi barədə vətəndaşlara müəyyən xidmət haqqı qarşılığında “xidmət göstərirlər”. Yəni vətəndaşlara bildirirlər ki, “Facebookda 100 USD dəyərində reklam yerləşdirdiyin zaman ödənişini öz kartından ödəyəcəksənsə, o zaman əlavə olaraq 18 USD ƏDV ödənişi də etməli olacaqsan. Bu ödənişi mənim plastik kartım vasitəsilə et, 18% ƏDV xərcin olmasın və mənə əvəzində 3-5 dollar xidmət haqqı ödə.”
Nəticədə nə baş verir? Reklam yerləşdirmək istəyən vətəndaş 100 USD məbləğini “xidmət göstərən” şəxsin kart hesabına köçürür və həmin şəxs də 100 dollar məbləğini sosial platformaya köçürür. Köçürmə anında bank görür ki, ödəniş VÖEN-ə bağlı bank hesabındandır və buna görə həmin vəsaitdən əlavə olaraq 18% ƏDV-ni tutub büdcəyə ödəmir. Nəticədə “xidmət göstərən” şəxsin kart hesabına vətəndaşlar tərəfindən il ərzində külli miqdarda vəsait daxil olur və həmin vəsaitlər daxil olan kimi də Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara köçür. Müəyyən müddətdən sonra vergi orqanı “xidmət göstərən” vergi ödəyicisinin bank hesabını yoxladıqdan sonra qeyri-rezidentə külli miqdarda ödənişlərin edildiyini və 169.4-cü maddəyə əsasən 18% ƏDV məbləğinin hesablanıb büdcəyə ödənilmədiyini təsbit edir və nəticədə vergi ödəyicisinə kameral qaydada vergi hesablayır.
Eyni “xidmət” xüsusilə Tik-Tok platformasından jeton almaq istəyən şəxslərə daha çox təklif edilir və həmin şəxslər Bakı şəhərində “jeton satanlar” kimi populyardır.
Qeyd edim ki, bu formada fəaliyyət sahəsində dövriyyə kifayət qədər yüksəkdir. Təkcə Tik-Tok sosial şəbəkəsində bu metodla "jeton" alqı-satqısının dövriyyəsi milyonlarla manat həcmindədir. Həmin şəxslər bu məsələlərdə çox diqqətli olmalıdır. Qanunvericiyi bilmədikləri üçün bu gün onlar qazanclı olduğunu zənn etsələr də, sabah mütləq vergi orqanı tərəfindən onları böyük maliyyə sanksiyaları gözləyir.
P.S. Vergi Məcəlləsi 125 və 127-1-ci maddələrə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması halı qeyd edilməmişdir".
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 7 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Tramp: İran neftinin ən böyük alıcısı olan Çin ABŞ neftini almağa razılaşdı
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
-
1 saat əvvəl
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” şirkətinin Direktorlar şurasının tərkibi yenidən seçiləcək
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” şirkətinin Direktorlar şurasının tərkibi yenidən seçiləcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Tramp: Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb







.jpg)















