Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilibVergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır.
Regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.
Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 11 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
3 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Ən çox oxunanlar
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq





















