Çinin ən böyük avtomobil şirkətinin 2 tam yeni modeli Bakıda təqdim edildi - QİYMƏTLƏR
Morriss Garages (MG) markasının Azərbaycanda rəsmi idxalçısı "Asia Motors" şirkəti Bakıda tam elektrik MG 4 EV və MG One modellərini təqdim edib.
"BU 2 MODELDƏ ƏN SON DİZAYN VƏ TEXNOLOGİYALARIMIZ TƏTBİQ EDİLİB"
Marja.az xəbər verir ki, təqdimat mərasimində MG markasının Azərbaycanın daxil olduğu region üzrə satış direktoru Cu Zhiwen videomüraciəti nümayiş etdirilib. O, "Asia Motors" şirkətinin MG avtomobillərinin Azərbaycandakı müştərilərə təqdim edilməsi üzrə gördüyü işləri yüksək qiymətləndirib:
"Əminəm ki, "Asia Motors" və Çinin SAİC şirkəti gələcəkdə Azərbaycan bazarında əməkdaşlığını daha da uğurlu davam etdirəcəkdir. Çox şadam ki, bu gün MG 4 və MG One modelləri Sizə təqdim ediləcək. Bu iki modelə bizim ən son dizayn və texnologiyalarımız tətbiq olunub. İnanıram ki, "Asia Motor" modelləri Sizə uğurla təqdim edəcək".
GƏLƏN İL 100 YAŞI OLACAQ MARKA
Təqdimat mərasimində "Asia Motors" şirkətinin direktoru Elmir Xəlilov çıxış edərək bildirib ki, MG markası 1924-cü ildə Böyük Britaniyada Cecil Kimber tərəfindən yaradılıb. Gələn il 100 yaşını qeyd edəcək marka əsasən idman avtomobilləri istehsal edib və bu avtomobillər dünya rekordlarını yeniləyib. 2005-ci ilədək markanın avtomobilləri İngiltərədə istehsal edilib, 2007-ci ildən etibarən isə Çinin ən böyük, Dünyada isə 6-cı ən böyük avtomobil istehsalçısı olan "SAİC Motor" şirkətinin tərkibinə keçib və daha geniş model cərigəsilə Çində istehsalına başlanılıb.
"Bu gün MG markasının 2 yeni modeli - 1,5 turbo daxili yanma mühərriku ilə təchiz olunan MG One və tam elektrik MG 4 modeli təqdim ediləcək", – Xəlilov bildirib.
Təqdimatda qeyd edilib ki, məşhur insanlar da MG avtomobillərini seçiblər, onlardan Elvis Preslini, Margaret Tetçeri, Kral 3-cü Çarlzı göstərmək olar.
Çıxışlardan sonra ən yeni MG modelləri təqdim edildi və qonaqlar onlar ilə yaxından tanış oldular. MG 4 heçbek, MG one isə şəhər krossoveridir.
MG 4 EV 435 KM MƏNZİL TƏQDİM EDİR
"Asia Motors" şirkətinin direktoru Elmir Xəlilov Marja.az-a açıqlamasında bildirdi ki, tam elektrik MG 4 modeli 435 km mənzilə malikdir. Yəni, batareyası tam dolu olduqda onu 435 km sürmək mümkündür. MG 4 modeli 204 at gücündə 150 kilovat (kW) mühərrik və 64 kilovat tutuma malik batareya ilə təchiz olunur. Hazırda model 4 rəngdə (ağ, qara, boz və narıncı) təklif olunur. Satış qiyməti 51 min 500 manatdır. MG 4 münasib kredit şərtləri ilə də təklif olunur: İlkin ödəniş 20%, illik faiz dərəcəsi 10%, müddət 5 ildir. Elektromobilə 5 il və ya 150 min km zəmanət verilir.
MG ONE 181 AT GÜCÜNDƏDİR
Tam yeni model olan MG One isə 181 at gücünə malik 1,5 litr turbo mühərrik və 8 pilləli sürətlər qutusu ilə təchiz olunur. Onun qiyməti 47 500 manatdır. "Asia Motors"un satışına başladığı MG One tam təchiz olunmuş versiyasıdır. Avtomobilə 5 il və ya 150 000 km zəmanət verilir.
Elmir Xəlilov qeyd edib ki, iki yeni modelin təqdim edilməsilə "Asia Motors" şirkətinin təklif etdiyi MG modellərinin sayı 7-yə çatıb. Gələn ilin 1-ci rübünün sonuna qədər əlavə 3 modelin satışına başlayacağı da gözlənilir.
"SATIŞ NƏTİCƏLƏRİMİZ ÇOX YÜKSƏKDİR"
Elmir Xəlilov əlavə edib ki, "Asia Motors" şirkəti 2021-ci ilin Oktyabr ayında fəaliyyətə başlayıb: "2022-ci ildə nəticələrimiz çox yüksək olub. 2023-cü ilin 1-ci yarısında da satışlarımızda artım davam edir. Təkcə MG markası üzrə ötən ilin eyni dövrü ilə müqayisədə bu il satış təxminən 14 faiz artıb".
"MG 4 -ÜN AZƏRBAYCANDA RƏQİBİ YOXDUR"
Şirkətin direktoru vurğulayıb ki, Azərbaycanən avtomobil bazarında elektrik avtomobillərinin və Çin avtomobillərinin hesabına canlanma müşahidə olunur: "Tam elektrik MG 4 modelindən gözləntimiz böyükdür. Qeyd edim ki, hazırda MG 4-ün Azərbaycan bazarında rəqibi yoxdur - həm qiymət baxımından, həm də bu seqmentdə rəsmi idxal olunan elektrik avtomobili yoxdur."
Əlavə edək ki, MG Çin xaricində ən çox satılan Çin avtomobilidir.
"Asia Motors" MMC Çinin HAIMA və MG avtomobil markalarının ölkəmizdə rəsmi idxalçısıdır. Şirkətin satış salonu Babək Prospekti 28 ünvanında yerləşir. Əlaqə: 050 400 19 24
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 21 d. əvvəl
- 33 d. əvvəl
-
48 d. əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq


























