Təhsil Nazirliyi dövlətə vergi borcu olan şirkəti tenderində qalib elan edib?
Dövlətə 69 min 881 manat 77 qəpik vergi borcu olan “MƏİŞƏT İST” MMC şirkəti Təhsil Nazirliyinin tenderində qalib elan edilib. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 20 Fevral 2023-cü il tarixində dərc edilib.
Marja.az xəbər verir ki, "2023-cü ildə Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" ilə bağlı tender yekunlaşıb. Tenderin qalibi “MƏİŞƏT İST” MMC şirkətidir.
Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “MƏİŞƏT İST” MMC şirkəti ilə məbləği 3 milyon 150 min manat olan müqavilə imzalanıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 20.02.2023-cü il tarixinə “MƏİŞƏT İST” MMC 69 min 881 manat 77 qəpik vergi borcu var.
"Dövlət satınalmaları haqqında" qanuna görə, malgöndərənlərin (podratçıların) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tender elanı 16.12.2022-ci il tarixində dərc edilib. Tenderin nəticəsi barədə məlumat isə 20.02.2023-cü il tarixində ictimaiyyətə açıqlanıb. Qalib şirkət ilə bağlanmış müqavilə 06.01.2023 - 31.12.2023 dövrünü əhatə edir. Ehtimal da olunur ki, Təhsil Nazirliyi “MƏİŞƏT İST” şirkəti ilə müqaviləni 20.02.2023-cü il tarixindən öncə bağlayıb, həmin vaxt şirkətin vergi borcu olmayıb. Borc müqavilə bağlandıqdan sonra yarana bilər.
ŞİRKƏTİN RƏHBƏRİNDƏN REAKSİYA
"MƏİŞƏT İST" MMC-nin rəhbəri Nicat Cəfərov bildirib ki, tender keçirilərkən şirkətin vergi borcu olmayıb:
"Hər hansı tender keçirilərkən qaydalara uyğun olaraq vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "MƏİŞƏT İST" MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb: "Tender keçiriləndən sonra bu il 6 min manat vergi öhdəliyi yaranıb, qarşılığında 10 min manat ödəniş etmişik. Hətta 4 min manat artıq ödəməmiz yaranıb".
Nicat Cəfərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, 3 iş günü ərzində sistemdə göstərilən borc silinəcək.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 20 d. əvvəl
- 32 d. əvvəl
-
47 d. əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq
























