OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
Məşğulluğa töhfə verən 5 özəl tərəfdaş mükafatlandırılıb — “OBA” da onların arasındadır. Anar Əliyev “OBA”nın rəhbərinə təşəkkürnamə təqdim edib. “OBA” müharibə veteranları üçün yeni iş imkanları yaratmağı hədəfləyir.Ölkəmizdə ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.
Təşəkkürnaməni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib.
Forumda məşğulluğun təminatı sahəsində dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və birgə təşəbbüslər müzakirə olunub. Tədbirdə həssas qruplara aid şəxslərin məşğulluğunun təminatına mühüm töhfələr verən 5 özəl sosial tərəfdaş mükafatlandırılıb.
Bu təltif “OBA” marketlər şəbəkəsinin sosial məsuliyyət sahəsində fəaliyyətinin və müharibə veteranlarının məşğulluğuna verdiyi töhfənin qiymətləndirilməsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək müharibə veteranları üçün yeni iş imkanlarının yaradılmasını hədəfləyir. Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən etibarən hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalar üzrə təltif olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
6 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
6 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
7 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
7 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
8 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























